Premyer Liqanın daha bir oyunu
Bakı, 27 noyabr, AZƏRTAC
Noyabrın 27-də futbol üzrə Azərbaycan Premyer Liqasında daha bir oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, turun ikinci oyununda AZAL “Sumqayıt”ı qəbul edib. Oyunun birinci hissəsi qarşılıqlı hücumlar şəraitində keçib. Hər iki komanda fərqlənmək üçün bir neçə imkan əldə edib. Lakin sevinən tərəf meydan sahibləri olub. AZAL-ın oyunçusu Nuqzar Kvirtiya 38-ci dəqiqədə hesabı açıb.
İkinci hissədə komandaların fərqlənmək istəkləri boşa çıxıb. Oyunun sonlarında AZAL-ın futbolçusu Adan Koronado rəqib futbolçuya qarşı cərimə meydançası daxilində kobud oynayıb. Baş hakim Ramil Diniyev bunu penalti kimi qiymətləndirib. Nəticədə futbolçu qırmızı alaraq meydandan qovulub. Amil Yunanov cərimə zərbəsini dəqiq yerinə yetirib və qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Beləliklə, bərabərlik sayəsində xallarını 5-ə çatdıran AZAL yenə sonuncu pillədə qərarlaşıb. “Sumqayıt” isə xal ehtiyatını 14-ə çatdıraraq “Zirə” ilə 5-6-cı pillələri bölüşür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]