PREZİDENT HEYDƏR ƏLİYEVİN VƏFATININ 40-CI GÜNÜ ROMADA DA QEYD EDİLDİ
Onlar Roma məscidinə getmişlər. Məscidin imamı dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin ruhuna dua oxumuşdur.
Sonra ehsan verilmişdir. Səfir Elmar Məmmədyarov Prezident Heydər Əliyevin şanlı həyat və fəaliyyətindən, ölkəmizdə gördüyü taleyüklü işlərdən, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi və beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi, iqtisadiyyatımızın dirçəlib sürətlə inkişaf etdirilməsi, xalqımızın rifahının yaxşılaşdırılması sahəsində misilsiz xidmətlərindən danışmış, bu dahi şəxsiyyətlə bağlı xatirələrini söyləmişdir.