Prezident İlham Əliyev: Birləşmiş Ştatlarla bizim çox geniş və mühüm ikitərəfli gündəliyimiz var
Bakı, 4 may, AZƏRTAC
Birləşmiş Ştatlarla bizim çox geniş və mühüm ikitərəfli gündəliyimiz var.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda keçirilən konfransda çıxışında deyib.
Enerji təhlükəsizliyi məsələlərinə gəldikdə, Birləşmiş Ştatların enerji təchizatı marşrutlarının şaxələndirilməsində bu gün pan-Avropanın qaz təchizatçısı olan Azərbaycanı hər zaman dəstəklədiyini bildirən dövlətimizin başçısı qeyd edib: “Həmin illəri yaxşı xatırlayıram, çünki 1990-cı illərdə mən SOCAR-da işləyirdim və Bakı-Tbilisi-Ceyhan boru kəmərinin həyata keçirilməsində ABŞ-ın dəstəyinin nə dərəcədə vacib olduğunu çox yaxşı bilirəm. Həmin boru kəmərinə qarşı çıxan şəxslər də az deyildi”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.10.2026 [16:45]
Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi finala vəsiqə qazanıb
- 30.10.2026 [15:04]
Noyabr ayına olan hava proqnozu açıqlanıb
- 30.10.2026 [13:44]