Azərbaycan Dövlət İnformasiya Agentliyi

PREZİDENT İLHAM ƏLİYEV NAXÇIVANDA HEYDƏR ƏLİYEV MUZEYİ İLƏ TANIŞ OLMUŞDUR

Naxçıvan MR Ali Məclisində keçirilən müşavirədən sonra Prezident İlham Əliyev şəhəri gəzərək, ümummilli liderimiz Heydər Əliyevə burada ucaldılacaq heykəlin yerini müəyyənləşdirmək üçün mütəxəssislərlə məsləhətləşmələr apardı.

Sonra Azərbaycan Prezidenti və xanımı Mehriban Əliyeva Naxçıvandakı Heydər Əliyev muzeyinə gəldilər.

Muzeydə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən fotolara, dahi rəhbərin uşaqlıq, gənclik illərindən qalan dəyərli nümunələrə baxdılar. Buradakı eksponatlar müstəqil Azərbaycanın qurucusunun 1969-cu ildən başlayaraq, respublikamıza rəhbərlik etdiyi uzun bir dövrün ayrı-ayrı tarixi məqamlarını, onun əfsanəvi həyatını əks etdirir. Ulu öndərimizin və onun ömür-gün yoldaşı Zərifə xanımın portretləri toxunmuş xalça və digər qiymətli eksponatlar diqqəti xüsusilə cəlb edir.

Muzeyin yeni eksponatları arasında Heydər Əliyevin Naxçıvan Pedaqoji Məktəbini əla qiymətlərlə qurtarması barədə 1939-cu ildə verilmiş diplom və 1951-ci ildə Azərbaycan Dövlət Universitetinə qəbul imtahanlarını əla qiymətlərlə verməsi barədə sənəd də vardır.

X X X

Prezident İlham Əliyev muzeylə tanışlıqdan sonra jurnalistlərə müsahibə verdi.

SUAL: Cənab Prezident, Siz dediniz ki, bu, Prezident seçkilərindən sonra Naxçıvana ilk səfərinizdir. Sizcə, Naxçıvan hesab etdiyiniz səviyyəyə çatıbmı? Siz, ilk növbədə, hansı mühüm işlərin görülməsini tapşırdınız?

CAVAB: Prezident kimi ilk səfərimdir. Amma keçmişdə mən Naxçıvanda dəfələrlə olmuşam. Naxçıvanın ən çətin dövrlərində də mən dəfələrlə burada olmuşam. Əlbəttə, Naxçıvanda gedən proseslər çox uğurludur. Burada gedən sosial-iqtisadi islahatlar, quruculuq işləri, yeni müəssisələrin yaradılması – bütün bunlar çox müsbət haldır. Mən çox şadam, çox sevinirəm ki, Naxçıvan belə yüksək ahənglə inkişaf edir. Əlbəttə, bunlar məni razı saldı.

SUAL: Cənab Prezident, Dağlıq Qarabağın separatçı rejiminin qeyri-legitim rəhbərliyi Minsk qrupunun həmsədrlərinə, Ermənistan və Azərbaycan prezidentlərinə müraciət edərək, sülh sazişi imzalanana qədər atəşkəs rejiminə dair saziş haqqında bəyannamə imzalanmasını xahiş etmişdir. Sizcə, buna lüzum varmı?

CAVAB: Mən bunu eşitməmişəm. Zənnimcə, buna heç bir lüzum yoxdur. Atəşkəs rejimi davam edir və hər iki tərəf onu dəstəkləyir. Odur ki, belə sənədlərə lüzum yoxdur.

SUAL: Siz Naxçıvana gəlməzdən əvvəl İran prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi ilə görüşmüsünüz. Əgər mümkünsə, görüşün nəticələri barədə məlumat verin. İranın mövqeyində hər hansı irəliləyiş varmı?

CAVAB: Orada biz bir çox məsələləri, o cümlədən Naxçıvana qaz göndərilməsi, Naxçıvanın və digər rayonlarımızın elektrik enerjisinə tələbatını tam ödəmək üçün İranla Azərbaycan arasında yeni elektrik xətti çəkilməsi məsələsini müzakirə etdik. Xəzərlə bağlı məsələ də müzakirə olundu. Aparılan danışıqlar nikbinlik doğurur, bütün tərəflərin tez bir zamanda qarşılıqlı surətdə məqbul qərar tapmaq istəyi var. Ona görə də biz bu istiqamətdə bundan sonra da birlikdə işləyəcəyik.

SUAL: Cənab Prezident, Rusiya-Azərbaycan-İran elektrik xətlərinin birləşdirilməsi layihəsindən söhbət gedir. Sizin Rusiyaya səfəriniz zamanı bu barədə məlumat yayılmışdı. Çubaysın Azərbaycana səfəri barədə də danışılır. Ümumiyyətlə, bu barədə müzakirələr olubmu və bunun perspektivlərini necə görürsünüz?

CAVAB: Yox, belə müzakirələr olmayıbdır. Ola bilər, hansısa ekspertlərin səviyyəsində bu məsələ müzakirə edilib, amma, hələ qərar verilməyibdir. Bu, çox ciddi, mühüm məsələdir. Biz buna təkcə iqtisadi baxımdan yanaşa bilmərik. Gərək bütün başqa amillər təhlil edilsin. Ondan sonra biz öz fikrimizi bildirə bilərik. Hazırda bu istiqamətdə heç bir danışıqlar aparılmır.

SUAL: Cənab Prezident, ötən gün Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü olmuşdur. Bu barədə nə deyə bilərsiniz?

CAVAB: Hələ danışmamışam. Naxçıvanda o qədər çox işlər var ki, hələ bizim xarici işlər naziri ilə danışmamışam. Yəqin ki, bu axşam danışacağam.

SUAL: Cənab Prezident, Naxçıvana qaz verilməsi ilə bağlı razılıq əldə olunubmu?

CAVAB: Razılıq belədir ki, bu barədə İranla danışıqlar gedir. Bizim təklifimiz ondan ibarətdir ki, İran Naxçıvana istənilən həcmdə qaz versin, biz də gələcəkdə bu borcu qazla ödəyək, yaxud elektrik enerjisi ilə indi də ödəyə bilərik. İranın başqa təklifləri var. Gərək bu məsələ iqtisadi cəhətdən işlənilsin. Hər halda, ümid edirəm ki, prinsip etibarilə məsələ öz müsbət həllini tapacaqdır.

SUAL: Cənab Prezident, Sizin İrana səfəriniz gözlənilirmi? Ümumiyyətlə, belə məlumatlar yayılmışdır ki, Prezident Məhəmməd Xatəmi ilə birlikdə Siz Astara-Bakı avtomobil yolunun təməlqoyma mərasimində iştirak edəcəksiniz. Bu, nə vaxt olacaq, gözlənilirmi?

CAVAB: Bu məsələ də müzakirə olunubdur. İlkin layihə işlərinə artıq İran tərəfindən vəsait ayrılıbdır. Texniki-iqtisadi əsaslandırma hazırlanacaq, ondan sonra digər işlər də görüləcəkdir. Yəqin ki, bizim xarici işlər naziri İrana səfər edəcəkdir və hər iki dövlət başçısının səfərləri nəzərdə tutulur. Vaxtı hələ ki, bəlli deyildir.

SUAL: Cənab Prezident, Siz Malkolm Bryus ilə görüşmüsünüz. Onun hüquq müdafiəçiləri ilə görüşü zamanı işlətdiyi bəzi ifadələr var idi. Sizinlə görüşdə onun fikirləri nədən ibarət oldu? Hər hansı məsələ ilə bağlı narahatlığını bildirdimi?

CAVAB: Bilirsiniz, biz cənab Bryus ilə dəfələrlə görüşmüşük. İlk dəfə dekabr ayında görüşmüşdük, o vaxt bir az narahat idi. Azərbaycanda fəaliyyət göstərən hüquq müdafiəçiləri ona demişdilər ki, hökumət heç bir addım atmayacaq, hökumət sizə yalan məlumatlar ötürür. Buna oxşar digər fikirlər də deyilmişdi. Amma bu dəfə və ondan əvvəl Strasburqda görüş zamanı Malkolm Bryusun fikri çox müsbət idi. Yəni o da, biz də eyni fikirdəyik ki, aramızda konstruktiv dialoq gedir, bu məsələ öz həllini tapır. Azərbaycanın rəhbərliyi öz xoşniyyətli iradəsini göstəribdir. Əlbəttə, Malkolm Bryus belə bir söz işlədibdir: “Siz mənim işimi asanlaşdırırsınız”.

Digər narahatlıqlar ola da bilər, olmaya da bilər. Bu barədə bir şey deyə bilmərəm. Onu deyə bilərəm ki, Avropa Şurası ilə Azərbaycan arasında münasibətlər çox yüksək səviyyədədir. Təkcə bu məsələ ilə bağlı deyil, bütün istiqamətlərdə çox yüksək səviyyədədir. Ümid edirik ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Avropa Şurası siyasi qiymət verəcəkdir. Ona görə bütün məsələlər həll olunacaqdır.

SUAL: Cənab Prezident, Sizin xəbəriniz var, bir vaxtlar mətbuatda dövlət məmurları ilə bağlı yazılar verilir və deyilirdi ki, kimlərsə işdən də çıxarıla bilər. Ümumiyyətlə, bu məsələyə münasibətiniz necədir?

CAVAB: Mən bu məsələlərə çox mənfi yanaşıram. Hesab edirəm ki, bu, çox aşağı səviyyəli mübarizə üsuludur və özünə hörmət edən şəxslər buna getməməlidir. Əgər kimsə fikirləşir ki, hansısa qəzet məqaləsi ilə mənim fikrimə təsir edə bilər, o adamlar yanılırlar. Mən öz qərarlarımı müstəqil şəkildə qəbul edirəm. Qərarın qəbul edilməsi üçün səbəblər olmalıdır. Əlbəttə, qəzet yazısı, - xüsusilə də biləndə ki, bu, sifarişli yazıdır, - mənim fikrimə təsir edə bilməz.

SUAL: Cənab Prezident, Siz NATO-nun İstanbulda keçiriləcək zirvə toplantısında bu təşkilatın baş katibi ilə görüşəcəksiniz. İstanbulda Sizin hər hansı bəyanatınız gözlənilirmi?

CAVAB: Baxarıq, indidən bir şey deyə bilmərəm. NATO-nun baş katibi ilə görüş gözlənilir. Bizim əməkdaşlığımız çox uğurludur.

SUAL: Cənab Prezident, yaxın vaxtlarda hökumətdə dəyişikliklər gözlənilirmi? Siz bu gün nazirləri bir az danladınız. Gözlədikləriniz nə idi, yəni hökumət nə etməli idi?

CAVAB: Bilirsiniz, mən heç vaxt heç kimə əsassız irad tutmuram. Əgər səbəb varsa, ancaq o təqdirdə iradımı bildirirəm. Hesab edirəm ki, bu, düzgün siyasətdir. Nazirlərə göstəriş verilmişdir ki, onlar Naxçıvanla bağlı məsələlərə diqqətlə yanaşsınlar. Buraya tez-tez gəlsinlər, beləliklə, gedən işlərə kömək etsinlər. Düzdür, onlar buraya gəlməsələr də, Naxçıvanda işlər sürətlə gedir və gedəcəkdir. Amma, əlbəttə, bir halda, vaxtilə cənab Prezidentin belə göstərişi olmuşdur, deməli, onlar bunu etməli idilər. Prezident seçkilərindən 7 ay keçibdir. Bir nəfər istisna olmaq şərtilə qalanları gəlməyiblər. Ona görə tələbim budur ki, onlar gəlsinlər. Digər məsələlər də olubdur.

SUAL: Cənab Prezident, Gürcüstanın yeni Prezidenti ilə yaxşı münasibətiniz var. Gürcüstanda vəzifələrdə qubernatorun azərbaycanlı müavinləri var idi. İndi onlar yoxdur. Yəni azərbaycanlılar, demək olar ki, vəzifələrə təyin edilmirlər. Eyni zamanda, orada yaşayan soydaşlarımızın gömrük problemi də var. Onların yaşaması Azərbaycanla bağlıdır. Yəni mal gətirib aparırlar. Bununla bağlı edilən müraciət Sizə çatdırılıbmı?

CAVAB: Yox, belə müraciət mənə çatdırılmayıbdır. Amma buna baxmayaraq, Gürcüstan Prezidenti ilə hər dəfə görüşəndə mən bu məsələni qaldırıram və müzakirələr aparılır. Artıq təhsil sahəsində əməli işlər görülür. Bilirsiniz ki, keçmişdə Azərbaycanda çap olunmuş dərsliklərlə bağlı orada süni şəkildə çətinliklər yaradılırdı. İndi artıq bu halların qarşısı alınıbdır. Tarix dərslikləri birgə hazırlanacaqdır. Bu da çox mühüm haldır. Digər məsələlər də öz həllini tapacaqdır.

Bilirsiniz ki, Gürcüstana yeni səfir təyin olunubdur. Səfirə çox ciddi tapşırıqlar verildi. Mən ümid edirəm ki, həm orada yaşayan azərbaycanlılar, həm də səfirliyin işçiləri soydaşlarımızın gündəlik problemlərinin həll olunması istiqamətində mühüm addımlar atacaqlar. Gürcüstanın Prezidenti də məni inandırıb ki, bu məsələlərə böyük diqqətlə yanaşacaqdır. Mənə verilən məlumata görə, artıq bəzi azərbaycanlılar məmur vəzifələrinə təyin ediliblər.

Əlbəttə, biz istəyirik ki, onların sayı çox olsun. Ümid edirəm ki, bundan sonra bu ənənə davam edəcəkdir. Bizim çox gözəl münasibətlərimiz var. Münasibətlərin çox gözəl, zəngin tarixi var. Gürcüstan Azərbaycan üçün çox önəmli dost ölkədir. Bizim strateji tərəfdaşımızdır. Gürcüstan-Azərbaycan münasibətləri gərək həmişə çox yüksək səviyyədə olsun.

SUAL: Cənab Prezident, Siz xarici ölkələrdə səfirliklərin açılması barədə hökumətə tapşırıqlar vermişdiniz. Bu istiqamətdə işlər nə yerdədir və cari ilin sonuna qədər neçə səfirliyin açılması nəzərdə tutulur?

CAVAB: Mənim tərəfimdən Milli Məclisə müraciətlər olub, Milli Məclis də qərar çıxarıbdır. Bəzi ölkələrdə təyin ediləcək səfirlərin aqremanları göndərilibdir. Bu elə məsələdir ki, gərək qarşı ölkədən təsdiq alaq. Yaxın zamanlarda olacaqdır.

SUAL: Cənab Prezident, Venesiya Komissiyasının Mərkəzi Seçki Komissiyası ilə bağlı tövsiyələrinə münasibətiniz necədir?

İLHAM ƏLİYEV: Hansı tövsiyələrə?!

JURNALİST: Mərkəzi Seçki Komissiyasının tərkibinin dəyişdirilməsi ilə bağlı.

İLHAM ƏLİYEV: Mən buna ehtiyac görmürəm. Mərkəzi Seçki Komissiyasının tərkibi Azərbaycandakı bütün siyasi spektrin nümayəndələrini əks etdirir. Azərbaycanda fəaliyyət göstərən partiyalar burada təmsil olunurlar. Hesab edirəm, Mərkəzi Seçki Komissiyası seçkilərdə çox fəal işlədi. Belə bir ehtiyac yoxdur.

SUAL: Cənab Prezident, Sizin burada insanlarla görüşünüz çox yaxşı qarşılanırdı. Bu, həm Prezidentlə əhali arasında münasibəti səmimiləşdirir, həm də məmurlarda qorxu yaradır ki, ölkə əhalisi Prezidentlə birbaşa danışa bilir. Yəni onlar daha məsuliyyətli olurlar. Prezident İlham Əliyev bölgələrdə bu işi davam etdirəcəkmi?

CAVAB: Əlbəttə, davam etdirəcəyəm. Bu, çox vacibdir. Həm məlumat mənbəyidir, həm də belə görüşlər mənə insanların əhval-ruhiyyəsinin hansı səviyyədə olmasından xəbər verir. Mən belə görüşləri başqa bölgələrdə də davam etdirəcəyəm. Yəni bölgələrə gedəcəyəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyunu başlayıb

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub

Dəmir Yolları: Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək

Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

İsrailin Rusiyadakı səfiri: “Flydubai” reysində baş verən insident terror aktına cəhd kimi qiymətləndirilir

BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO

Fransada lisey şagirdlərinin aksiyaları genişlənir: 625 nəfər saxlanılıb

Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub VİDEO

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub VİDEO

BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir

Aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir

ABŞ qlobal yanacaq qiymətlərini sabitləşdirmək üçün Almaniya və Fransaya dizel ehtiyatlarını azaltmağı təklif edib

Naxçıvanda emal sənayesi üzrə məhsul istehsalı 5,3 faiz artıb

Siyasi şərhçi: Azərbaycanın müdafiə sənayesi təhlükəsizliyin əsas dayaqlarından biridir

Gəncədə “PeşəFest-2026” layihəsi reallaşıb

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

Yunanıstan mediası: Azərbaycanla əməkdaşlıq enerji çərçivəsindən çıxaraq yeni sahələri əhatə edir

Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb

Tailandda şiddətli yağışlar 3 milyondan çox insana ziyan vurub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Göy məscid

“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib

“Birliyin Gücü – 2026” təlimində Xocavənddə müxtəlif döyüş tapşırıqları icra olunub VİDEO

“Birliyin Gücü – 2026” təlimində Xocavənddə müxtəlif döyüş tapşırıqları icra olunub VİDEO

Ortaq mədəni irsin önəmi: İraq türkmanları ilə akademik əməkdaşlıq gücləndirilir

Azərbaycanın müdafiə sənayesinin inkişafı regionda sabitliyə töhfə verir ŞƏRH