Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Salyan şəhərində olmuşdur

Prezident İlham Əliyev Salyan şəhərində olmuşdur

Salyan, 15 aprel (AZƏRTAC). Aprelin 15-də Azərbaycan Prezidenti İlham Əliyev Astara rayonuna səfərini başa çatdırıb qayıdarkən yolüstü Salyan şəhərində olmuşdur.

Salyanlılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Şəhər ictimaiyyəti adından çıxış edən SAKİN dedi:

- Sevimli Prezidentimiz! Salyan torpağına qədəmləriniz mübarək olsun, xoş gəlmisiniz! Sizin - ulu öndərimizin yadigarının apardığı işləri gördükcə biz fərəh hissi keçiririk. Bu quruculuq işləri qəlbimizi iftixar hissi ilə döyündürür. Azərbaycanda böyük işlər görülür. Hamımız bunun şahidiyik. Salyanda son vaxtlar bənzəri olmayan quruculuq, abadlıq işlərinə başlanmışdır. Bunların hamısı Sizin sayənizdədir. Mən Sizinlə həmişə görüşəndə yadıma bir misra düşür:

“Sən ülfətlə, məhəbbətlə doğulmusan qoşa, oğul,

Çiçək-çiçək arzuların toxunmasın daşa, oğul”.

Yolunuz həmişə uğurlu olsun. Belə yollarımız doğma Qarabağımızda olacaqdır.

Prezident İlham ƏLİYEV: Sağ olun. Sizi ürəkdən salamlayıram. Salyan şəhərinin gözəl inkişaf planı hazırlanır. Bu yaxınlarda icra başçısı mənə məlumat verdi və o planı təqdim etdi. Mən də onu bəyəndim, dəstəklədim. İndi əlavə vəsait ayrılacaqdır. Salyan Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməlidir.

Burada gözəl xiyabanlar, binalar tikiləcək, təmir işləri aparılacaq, bütün infrastruktur yenidən qurulacaqdır. Qazlaşdırma, içməli su, kanalizasiya layihələri, sosial infrastruktur - bütün bu işlər planlarda vardır. Bilirsiniz ki, mən Tahiri bu yaxınlarda təyin etmişəm. O, Daşkəsən rayonunda yaxşı işləyib, özünü göstərib, özünü doğruldub. Ona görə mən məsləhət gördüm ki, onu daha da böyük rayona təyin edim və tapşırıq da verdim ki, burada işlər ən yüksək səviyyədə görülməlidir. Yenə də demək istəyirəm ki, bu yaxınlarda yanıma gəldi, planı təqdim etdi, şəkilləri göstərdi və indi işə başlamısınız. Artıq görürəm ki, binaların təmiri başlanıbdır. Əlbəttə ki, burada daxili görünüş də gözəl olmalıdır, bütün binalar təmir edilməlidir. Eyni zamanda, yaşamaq, işləmək üçün bütün şərait yaradılmalıdır. İlk növbədə qazlaşdırma aparılmalıdır. Çünki elektrik enerjisi ilə təminat normaldır. Ondan sonra içməli su, kanalizasiya, sosial infrastruktur layihələri icra edilməlidir. Burada Kürün istiqamətinin dəyişdirilməsi sxemi mənə göstərildi. Mən onu da mən bəyəndim. Yəni, biz bütün bu işləri kompleks şəkildə görəcəyik. İşlər başlayıb və əminəm ki, yaxın zamanlarda Salyanın yeni, gözəl siması yaradılacaqdır.

SAKİNLƏR: Çox sağ olun. Bu da Sizin diqqət və qayğınızın nəticəsidir.

Prezident İlham ƏLİYEV: Bilirsiniz ki, Salyan xüsusi əhəmiyyətə malik olan bir rayondur. Bakıya yaxın olan bir rayondur. Həm ulu öndərin, həm də mənim seçki kampaniyalarımız Salyandan başlanmışdır - 1998-ci ildə və 2003-cü ildə. Mən seçki kampaniyasını ilk dəfə olaraq Salyan rayonundan başlamışdım. Sizin xeyir-duanızla bu vəzifəyə gəlmişəm və çalışıram ki, doğma xalqıma xidmət edim.

SAKİNLƏR: Allah Sizə uzun ömür, cansağlığı versin. Biz Sizi dəstəkləyirik, cənab Prezident. İnşallah, bu yaxınlarda gəlib görəcəksiniz ki, Salyan çiçəklənib.

Prezident İlham ƏLİYEV: Bəli, mütləq bunu görəcəyik. Gedək görək nə iş görmüsünüz?!

Sonra Prezident İlham Əliyev Salyan şəhərini gəzdi.

Dövlətimizin başçısı şəhərdə görülən işlərlə maraqlandı. Rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov məlumat verdi ki, şəhərdəki bütün binaların fasadları tamamilə dəyişdiriləcək, küçələrin kənarındakı xidmət və ticarət obyektlərinin xarici görünüşü müasir memarlıq üslubunda qurulacaqdır. Mərkəzi küçələrin işıqlandırma sistemləri tamamilə yenilənəcəkdir. Bunun üçün xüsusi işıqlandırma sistemləri və dirəklər sifariş verilmişdir. Şəhərin küçələri boyu çəkilən hasarlar çay daşları ilə bəzədiləcəkdir.

Həmçinin Tahir Kərimov Kürün Salyan ərazisindən keçən hissəsinin məcrasının dəyişdirilməsi ilə bağlı hazırlanan layihə barədə də dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyev şəhərdə abadlıq və quruculuq işlərinin ölkənin ümumi inkişaf dinamikasına uyğun aparılmasına dair tapşırıqlarını verdi.

Prezident İlham ƏLİYEV sakinləri salamlayaraq dedi:

- Xoş gördük, necəsiniz?

SAKİN: Allah canınızı sağ eləsin, Salyana xoş gəlmisiniz, həmişə Siz gələsiniz! Təzə icra başçısından da razıyıq.

Prezident İlham ƏLİYEV: Razısınız?

SAKİN: Bəli, çox razıyıq.

Prezident İlham ƏLİYEV: Demişəm ki, yaxşı işləsin.

SAKİN: Yaxşı işləyir, sağ olsun. Yeni icra başçısı göndərdiniz. Biz Sizin bu təyinatınızı alqışlayırıq.

Prezident İlham ƏLİYEV: Mən onu Daşkəsəndə sınamışam. Orada yaxşı işlədi. Birinci məsələ odur ki, insanlara qulluq etməlidir. Hər bir məmur, hər bir icra başçısı insanların qayğıları ilə yaşamalıdır. Bununla bərabər, iş görməlidir, işgüzar olmalıdır.

SAKİN: Allah Sizi bizə çox görməsin.

Prezident İlham ƏLİYEV: Salyan iki-üç ildən sonra Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməlidir.

SAKİNLƏR: Bəli, Sizin sayənizdə şəhərimiz daha da gözəl olacaqdır. Allah Sizə uzun ömür versin. Siz dahi ulu öndərimizin başladığı işləri çox uğurla davam etdirirsiniz. Bu işləri saymaqla qurtarmaq olmaz.

Tahir KƏRİMOV: Cənab Prezident, mən həmişə camaatın arasındayam. Camaatla görüşlərdə deyirəm ki, Prezident mənə xalqa xidmət etməyi tapşırıb. Mənim borcum bu tapşırığı layiqincə yerinə yetirməkdir.

Prezident İlham ƏLİYEV: Bu, hələ təzə başlayır, bir neçə aydan sonra burada böyük dəyişikliklər olacaqdır. Bu dəyişikliklər çoxdan olmalı idi.

SAKİNLƏR: Allah Sizdən razı olsun, Tanrı Sizi qorusun.

Prezident İlham ƏLİYEV: Əvvəllər də bəzi işlər görülüb. Burada o vaxt Olimpiya Kompleksi tikilmişdi. Ondan sonra rayon xəstəxanası əsaslı təmir edilmiş, məktəblər inşa olunmuşdur.

SAKİN: Cavanların bir qismi işsizdir, əziyyət çəkirlər. Gənclərin işləməsi üçün iş yerləri də olsa, çox yaxşı olar.

Prezident İlham ƏLİYEV: Bəli, o işlərlə də məşğuluq. İş yerləri də olmalıdır. İşsizlik var və bu, hazırda ən ciddi problemlərdən biridir, o da həll olunacaqdır.

SAKİN: İnşallah, pensiyaları da artıracaqsınız.

Prezident İlham ƏLİYEV: Pensiyaları artıracağıq, yəqin ki, eşitmisiniz.

SAKİN: Bir də ki, kimsəsiz, yaşlı qadınlara müavinət verilsə yaxşı olardı.

Prezident İlham ƏLİYEV: Bu məsələyə də baxacağıq. Yəni, Azərbaycanda bütün sosial məsələlər öz həllini tapmalıdır. İnsanlar daha da yaxşı yaşamalıdırlar.

SAKİN: Sağ olun, bizi sosial yardımla da təmin edirlər.

Prezident İlham ƏLİYEV: Sağ olun.

SAKİNLƏR: Allah Sizə cansağlığı versin, yaxşı yol.

######

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata latiq görülüb

“Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan, Özbəkistan və Qazaxıstanın yaşıl inteqrasiyası Avropanın enerji xəritəsini dəyişir - ŞƏRH

Azərbaycan voleybol millisi Türkiyə toplanışını başa vurub

Nihal Hacıyeva: Vahid məktəbli geyimi şagirdlərdə bərabərlik və məsuliyyət hissini gücləndirir

Babək rayonunda üçəm dünyaya gəlib

Özbəkistan Prezidenti: Yeni Daşkənddə investorlara əlverişli şərait yaradılacaq

Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib

Xalq yazıçısı Kamal Abdullanın “Azərbaycanca danışaq” kitabı Polşada nəşr olunub

Süni intellektin təhlükəsiz və məsuliyyətli idarə olunması üçün 9 əsas istiqamət - ARAŞDIRMA

Maarifçilik ənənələrindən müasir təhsilə: milli kimlik və vahid məktəb mühiti

İsveç Dövlət Bankının Alfred Nobel xatirəsinə iqtisad elmləri üzrə mükafatı laureatlarının adları məlum olub

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB VİDEO

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Evdə hazırlanan konserv daha təhlükəsizdir? – AQTİ aydınlıq gətirir VİDEO

Evdə hazırlanan konserv daha təhlükəsizdir? – AQTİ aydınlıq gətirir VİDEO

Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub

“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər

Şəqşünas-alimlər Orta Dəhlizin enerji və tranzit imkanlarını araşdırıblar

Borçalı motivləri: Tarix, naxış və təbiətin harmoniyası - REPORTAJ

Mirzə Cəfər Topçubaşovun elmi irsi: beynəlxalq akademik mühitdə milli ənənələr

“Dünyanın ən yaxşı yeri”ni sevərək yaşayan sakin: Fəxrlə deyirəm ki, biz öz torpağımızdayıq

Bu il Naxçıvanda istehlakçılara 1,6 milyon manata yaxın ƏDV məbləği qaytarılıb

İlqar Fəhmi: Sosial şəbəkələrdə yaranan müzakirələr bəzən əsassız hay-küyə çevrilir

Azərbaycanın MDB-yə sədrliyi regional əməkdaşlığın inkişafına yeni impuls verəcək - ŞƏRH

“Kitabi-Dədə Qorqud” eposunda alqış və qarğışların poetik funksiyaları araşdırılıb

Kambocanın Baş naziri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

İlahə Həmidova: Vahid məktəbli geyimi sağlam təhsil mühitinin qorunmasına müsbət təsir göstərəcək

Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı: 309 namizəd qeydiyyatdan keçib

Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi

Aİ kimyəvi silahların yayılmasına və istifadəsinə qarşı sanksiyalar rejimini 2031-ci ilədək uzadıb

Samirə Əliyeva: Vahid məktəbli formasının tətbiqi nizam-intizamın qorunması baxımından əhəmiyyətlidir

Əqli mülkiyyət sahəsində əməkdaşlıqda iştirak edən dövlətlər üçün hansı üstünlüklər mövcuddur? VİDEO

Əqli mülkiyyət sahəsində əməkdaşlıqda iştirak edən dövlətlər üçün hansı üstünlüklər mövcuddur? VİDEO

Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib

AGTL-in sədri: Azərbaycanla Türkiyənin əməkdaşlığı qadınlar üçün yeni iqtisadi imkanlar yaradacaq

Prezident İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb

Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısı keçirilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı

Avropada qazın qiyməti həftəyə artımla başlayıb

Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər

TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb VİDEO

TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb VİDEO

Azərbaycan Ağsaqqallar Şurası ictimai sabitliyi pozmağa yönələn cəhdləri qətiyyətlə pisləyib

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir VİDEO

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanında müvəffəqiyyət qazanmış namizədlərin nəzərinə

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

Böyük Britaniyanın Baş naziri Aİ ilə münasibətlərin gücləndirilməsini istəyir

Mərkəzləşdirilmiş Azərbaycan Səfəvilər dövlətinin tariximizdəki rolu – dəyirmi masa

Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb

Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar

Türkmənbaşı görüşü: Azərbaycan-Mərkəzi Asiya strateji tərəfdaşlığının yeni mərhələsi

Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

Mars Sariyev: Azərbaycanın tranzit imkanlarının güclənməsi Qırğızıstanın formalaşan Avrasiya nəqliyyat arxitekturasına inteqrasiyasını stimullaşdırır ŞƏRH

Araşdırma: Müdrikliyin əsrlər boyu dəyişməyən 6 əsas prinsipi

Rəşad Məcid: Məktəblərdə vahid geyim formasına qarşı çıxmaq dünyəvi təhsil prinsipləri ətrafında ciddi suallar yaradır

Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb

Ceyhun Məmmədov: Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdir

Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər VİDEO

İran XİN: Pakistan və Qətərin vasitəçiliyi ilə danışıqlar davam edir və biz ABŞ-nin təkliflərini nəzərdən keçiririk

“Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramı başlayır

Dünya bazarında yanacağın qiymətinin artması adekvat olmayan qərarların qəbul edilməsinə gətirib çıxarıb

Azərbaycanın kulinariya irsi Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub

YAP-ın VIII Qurultayı: yeni hədəflər və strateji istiqamətlər Gəncədə diqqət mərkəzindədir

Qadın hərbi kursantlarla görüş olub

İran Yəmən və Səudiyyə Ərəbistanı arasında danışıqlar üçün vasitəçilik təklif edib

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır VİDEO

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır VİDEO

Bask ölkəsinin tanınmış şəxsləri “Canon français” ziyafətinə qarşıdır

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNİB VİDEO

Azərbaycanda dünyəvi təhsil: tarixi köklər və müasir prinsiplər

Britaniyanın Baş naziri: Avropa İttifaqından ayrılmağımız “ümidləri doğrultmadı”

Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb

Beynəlxalq Enerji Agentliyi ölkələri dizel ehtiyatlarını daha tez istifadə etməyə çağırıb

Sabah hava əsasən yağmursuz olacaq VİDEO

Sabah hava əsasən yağmursuz olacaq VİDEO

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir VİDEO

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir VİDEO

Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam

Kambocanın Baş naziri: Azərbaycanla müdafiə, təhlükəsizlik, təhsil sahələrində münasibətlər mövcuddur

Gülyanaq Məmmədova: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır

Misir Mərdanov: Məktəbdə vahid geyim qaydaları şagirdlərdə məsuliyyət hissi formalaşdırır

“Goldman Sachs” “Brent”in qiymətinə dair proqnozunu artırıb

Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik

Mənsum İbrahimov: Məktəblərdə vahid geyim formasının tətbiqi vacibdir

Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib

Bu saata olan əsas xəbərlər

Prezident: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Azərbaycanın MDB-yə sədrliyi regional iqtisadi əməkdaşlığı genişləndirə bilər – ŞƏRH

Alimlər Yerdən 7,5 işıq ili uzaqlıqda yerləşən su buludlarının dəyişməsini müşahidə ediblər

Pakistan Məkkə Müdafiə Sazişinə sadiq olduğunu bir daha bəyan edib

“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 11,5 faiz artıb

Fransada 2027-ci il üzrə büdcə müzakirələri: hökumət 5 faizlik kəsir həddini qorumağa çalışır

Baş Prokurorluq hərbi xidmətə çağırış sahəsində yol verilən qanun pozuntularına qarşı aparılan tədbirlərə dair açıqlama yayıb

Kamran İmanov: Türk dövlətlərinin institusional birliyinin təməli Azərbaycanda qoyulub VİDEO

Kamran İmanov: Türk dövlətlərinin institusional birliyinin təməli Azərbaycanda qoyulub VİDEO

AFFA rəsmisi: Akademiya rəhbərləri komfort zonadan çıxaraq layihələrin ərsəyə gəlməsinə dəstək veriblər

“Kopernik”: El-Nino səbəbindən dünya okeanında temperatur rekord səviyyəyə çatıb

Toğrul Əsədullayev: Qaydalara riayət etmək cəmiyyət olaraq məsuliyyətimizin bir hissəsidir

Azərbaycan Prezidenti: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür

Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər aparılıb

Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb