“PREZİDENT KUBOKU” III BEYNƏLXALQ ŞAHMAT FESTİVALINDA 4 ŞAHMATÇI LİDERLİK EDİR
AZƏRTAC xəbər verir ki, “Prezident Kuboku” III Beynəlxalq şahmat festivalının 4 turu arxada qalmışdır.
Turnirin liderlər qrupunda yer almış Azərbaycan şahmatçıları bu turda imkanlarından zəif çıxış etmişlər. Nicat Məmmədov Vadim Milova, Qadir Hüseynov Marat Cumayevə, Loğman Quliyev Aleksandr Lastinə məğlub olmuşlar. Vasif Durarbəyli İvan Sokolovla, Eltac Səfərli isə Tamaz Gelaşvili ilə xalları yarı bölmüşlər.
Digər qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınmışdır: Naycel Şort-Eldar Həsənov 0.5:0.5, Rauf Məmmədov-Sənan Dövlətov 0.5:0.5, Vüqar Rəsulov -Yan Timman 0:1, Bela Kotanaşvili-Rəsul İbrahimov 0.5:0.5, Aleksandr Belyavski-Boçava Morçiaşvili 1:0, Viktor Korçnoy-Ülvi Bacarani 1:0.
Turnir cədvəlinə 4 xalla Yevgeni Nager (Rusiya), Marat Cumayev (Özbəkistan), Vadim Milov (İsveçrə) və Aleksandr Lastin (Rusiya) başçılıq edirlər. Azərbaycan şahmatçılarından ən yaxşı nəticə bu turadək məğlubiyyətə uğramayan Eltac Səfərli və Vasif Durarbəyliyə məxsusdur. Həmyerlilərimizin hər biri 4 oyundan 3,5 xal toplamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]