Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident mükafatçısı Elmar Əsgərzadə: BANM innovasiya sahəsində ən qabaqcıl ali təhsil müəssisələrindən biridir

Bakı, 18 fevral, AZƏRTAC

Bakı Ali Neft Məktəbinin (BANM) kimya mühəndisliyi ixtisasının məzunu, təhsil müəssisəsinin əməkdaşı Elmar Əsgərzadə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Gənclər üçün Prezident mükafatına layiq görülüb.

E.Əsgərzadə innovasiya və sahibkarlıq kateqoriyasında qalib olub. O, Bakı Ali Neft Məktəbinin “ThermoNorth” startapının həmtəsisçilərindəndir.

BANM-dən AZƏRTAC-a bildiriblər ki, “ThermoNorth” elmi tədqiqat işindən startap layihəsinə 2018-ci ildə “Social Innovation Lab” Biznes İnkubasiya Mərkəzində çevrilməyə başlayıb, layihə “Cilmate Launchpad 2018”-in qalibi olub. Startap layihəsi 2018-ci ildə Şotlandiyada 60 ölkənin 120 komandasının qatıldığı beynəlxalq müsabiqənin finalçılarından olub. Həmçinin İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən həyata keçirilən II Respublika İnnovasiya Müsabiqəsində I yeri qazanıb. Komanda BMT-nin xətti ilə “İstanbul İnnovasiya Günləri 2018”də iştirak edib, həmin ildə İqtisadiyyat Nazirliyi “İlin gənc sənaye startapı” adı ilə komanda üzvlərini təltif edib. 2019-cu ildə “Azərkosmos” ASC və “Social Innovation Lab (Sil.)” İnkubasiya Mərkəzi tərəfindən reallaşdırılan “NewSpace” Biznes Akselerator Proqramı üzrə təşkil olunmuş müsabiqədə II yeri qazanıb. Layihə 2019-cu ildə ABŞ-ın Cənubi Qafqaz ölkələrinin texnologiya və elm sahəsində fəaliyyət göstərən sahibkarlarına dəstək məqsədilə həyata keçirdiyi “GIST” (Global Innovation through Science and Technology) biznes inkubasiya proqramında II yerin qalibi olub.

Elmar Əsgərzadə ilə müsahibəni təqdim edirik.

-Gənclər üçün Prezident mükafatına layiq görülmüş ölkənin 10 gəncindən biri kimi, ilkin təəssüratlarınız necə oldu?

-Komanda yoldaşım Hüseyn Əliyev Qazaxıstandan Bakıya gəlmişdi, görüşüb elə “ThermoNorth” layihəmiz haqqında müzakirə edirdik ki, növbəti mərhələyə necə keçə bilərik. Söhbət əsnasında qrup yoldaşım Muraddan “WhatsApp”a mesaj gəldi ki, bəs adın prezident.az saytında Prezident mükafatı alanların siyahısındadır. Çox sevindim, qoy bu sevincdən digər gənclərə də pay düşsün. Fürsətdən istifadə edib, dövlətimizin başçısı İlham Əliyevə biz gənclərə göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlığımı bildirirəm.

-Bakı Ali Neft Məktəbindən niyə məhz sizə bu mükafat verildi?

-Öncə onu deyim ki, Prezident mükafatı almış 10 gəncin hər biri bu mükafatı müəyyən kateqoriya üzrə qazanıb. Özüm də daxil olmaqla, iki gəncin adı innovasiya və sahibkarlıq kateqoriyasında qalib elan olunub. İnnovasiya sahəsi Azərbaycanda hələ ki yeni sahə sayılır. Bu sahədə də son 2 ildir ki, dirçəliş hiss olunur, digər gənclər kimi mən də komandamızla birgə tələbəlik illərindən “ThermoNorth” startapı üzərində çalışmağa başladıq. Əksər startap layihələri qalib olsa da, onların çoxu biznesə çevrilə bilmir. İstəmədim ki, startapımız nəzəri olaraq kağız üzərində qalsın. Çalışdım ki, komanda ilə birgə layihənin biznes həllini də tapaq. İki il ərzində bu layihə yerli və beynəlxalq müsabiqələrdə yer tutub. Həmçinin Bakıda bir neçə dövlət qurumu startapımızı və uğurlarımızı izləyirdi, istər İqtisadiyyat Nazirliyi, istərsə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları ilə müntəzəm əlaqədə idik. Onlar da görürdü ki, bizim komanda bir yerdə dayanmır, davamlı formada öz üzərimizdə çalışırıq. Gənclər üçün Prezident mükafatına namizədliyim də İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə irəli sürülüb. Bundan başqa, ən vacib məsələ odur ki, təhsil aldığım Bakı Ali Neft Məktəbi ölkədə innovasiya sahəsində ən qabaqcıl ali təhsil müəssisəsidir. BANM gənclərin inkişafı üçün şərait yaradıb, ideyamızı inkişaf etdirmək üçün rektor və akademik heyət davamlı formada motivasiya edir. Mükafat əsasən “ThermoNorth” startapına görə verilib. Sadəcə startapın komanda lideri kimi mənim adımı siyahıya salsalar da, bu, əslində bütün komandaya olan mükafatdır, bunu tək öz adıma çıxmaq doğru olmazdı.

-“ThermoNorth” startap ideyası necə yaranıb?

- “ThermoNorth” startap ideyası əsasən BANM-in dosenti Əmir Reza Vəxşurinin vaxtilə müdafiə etdiyi dissertasiya işindən yaranıb. O, tez-tez gənc alimlərin elmi konfranslarında iştirak edirdi, orda da bu ideya dəfələrlə müzakirə olunurdu. Tələbə olanda elmi tədqiqat işinə çox həvəsim vardı, Əmir bəy kimi gənc professorla birgə işləyərək vərdişlərimi daha peşəkar səviyyəyə çatdırdım. Daha sonra startap layihəsinin formalaşması və inkişafında komanda yoldaşlarım Hüseyn Əliyev, Murad Rəhimov, Aleksandr Oborovski, Yadigar Nəzərov və komandanın lideri kimi mən iştirak etmişik. Startap layihəmizlə bir çox yerli və beynəlxalq müsabiqələrdə də iştirak eləmişik, layihəmiz ABŞ-da biznes inkubasiya proqramına belə qəbul olunub. Amerikada olanda öyrəndik ki, bir layihə biznes sahəsində uğur qazanana qədər xeyli əziyyətli yollardan keçir. Beynəlxalq səviyyəli ekspertlərin təcrübələrini dinlədik, bütün bu mərhələlərdən keçdik. Tələbə olmağımın üstünlüyü o idi ki, diqqətimi tam vermişdim bu startapa, əlavə işdə çalışsaydım, layihə sadəcə elmi tədqiqat kimi qalacaqdı, sırf buna görə iş təkliflərindən də imtina etdim ki, startapı inkişaf etdirməyə nail olum. Komandamıza Amerikadan Qəri Vud və Sergey Qureviç, Gürcüstandan Kolin Donohu məsləhətçi kimi dəstək verib, məhsulun hazırlanması üzrə isə Behruz Mohammadinin əməyi olub.

-Startap layihəsinin əsas məqsədi nədir?

-Layihənin əsas məqsədi elmi araşdırma ilə əldə olunmuş yeni enerji depolayıcı maddənin köməyilə maşın mühərrikini uzun müddət optimal temperaturda saxlamaqdan ibarətdir. Hər bir maddə mikro ölçüdədir və bu enerji depolayıcı maddələr mikro ölçüdə kapsullaşdırılıb. Bu hissəciklər kiçik “enerji akkumulyatoru” rolunu oynayır.

-Layihənin insanlar üçün hansı praktiki əhəmiyyəti var?

-Mühərriki optimal temperaturda saxlamaq hazırda soyuq iqlim şəraiti olan ölkələrdə mühərriklə bağlı mövcud olan bir-sıra problemləri həll edir: məsələn, artıq yanacaq sərfi, mühərrik detallarının sıradan çıxması və enerji batareyasının ömrünün azalması və s. İnsanların gündəlik həyatında bu, çox vacibdir, həmçinin şirkətlər üçün də ehtiyac duyulan məqamlardır. Onlar maraqlıdır ki, bu cür problemlərin qarşısı alınsın.

-Layihənin perspektivləri haqqında nə deyə bilərsiniz?

-Bizim layihə həm ekoloji təmizliyə töhfə verəcək, karbon qazı sərfini azaldacaq, həm də soyuq hava şəraitində yaşayan insanlara avtomobil sürərkən yardımçı olacaq, enerji və pula qənaət etmələrinə dəstək olacaq. Amerikada səfərdə olarkən “ThermoNorth” startap layihəsinin patentini aldıq, “ThermoNorth Inc” şirkətini yaratdıq. Məhsulumuz artıq hazırdır və test üçün Fransaya göndərilib. Yaxın perspektivdə satış planlaşdırılır.

-İdeyası olub, ancaq onu həyata keçirə bilməyən gənclərlə nəyi bölüşərdiniz? Sizin uğur düsturunuz necədir?

-Əsas məsələ odur ki, gənclərin öncə müşahidə qabiliyyətləri iti olsun, problemi yaxşıca müşahidə eləsinlər. Daha sonra o problemin yaradıcı formada həlli haqqında düşünsünlər, biliklərini və enerjilərini bu istiqamətdə sərf eləsinlər. İdeyanı yaxşı işlənmiş formata salsınlar, digər vacib məsələ, özlərinə yüksək motivasiyalı komanda yoldaşları tapsınlar. Komandasız iş görmək çox çətindir, qarşınıza maneələr çıxanda mütləq bunu birgə aşmaq və müzakirə eləmək lazım olacaq, bir də komandada hər kəsdə eyni potensial olmur, çalışmaq lazımdır, həvəs və bacarıq kimdə yaxşıdırsa, buna fokuslansınlar. Ən vacib məqam isə ideya sadəcə kağız üzərində qalmamalıdır, insanlar onun praktiki əhəmiyyətini öz həyatlarında hiss etməlidir. Çalışmaq lazımdır ki, ideya biznesə çevrilsin və insanlara faydalı olsun. Çox çalışmaq, xeyli mərhələlərdən keçmək lazımdır. Gənc dostlarım çətinliklərdən, mənfi reaksiyalardan, tənqidlərdən, rəqiblərlə rəqabət aparmaqdan isə qətiyyən qorxmasınlar, əksinə, bütün bunlar öz perspektivlərini, bacarıqlarını praktiki formada daha yaxşı qiymətləndirmək imkanı yaradacaq. Həvəsdən düşməsinlər, axıra qədər komanda ilə birgə getsinlər.

-Gələcək üçün hansı yeni ideyalar və layihələr var?

-Artıq “Climasel” adlı ikinci layihəmiz var. “Climasel” (asma tavan üçün enerjiyə qənaət edən panellər) startap layihəsi panelləri innovativ yolla kondisionerlərə sərf olunan enerjiyə, həmçinin pula 25 faiz qənaət etmiş olur. Startap ideyası əsasən Mərkəzi Asiya ölkələri üçün nəzərdə tutulub, layihənin icra olunması üçün kəskin temperatur fərqi olmalıdır. Amma hələlik əsas diqqətim “ThermoNorth” startap layihəsinin üzərindədir ki, bunu komandamızla tam beynəlxalq səviyyəli biznes layihəsi edib ondan pul qazanmaq istəyirik. Bunu həyata keçirəndən sonra həmin layihədən qazanılan pulu “Climasel” və ağlımda ideya kimi olan 2 layihəyə yatırım etmək kimi planlarım var.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətən müharibəsi qazisi: Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib

Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub

Türk ekspert: Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Nizami rayonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub

Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir

Şərqşünaslıq İnstitutunda Azərbaycan dövlətçiliyi tarixinə dair mühazirə oxunub

“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb

Nürnberqdən Bakıya: Ermənistanın üç keçmiş prezidentinin cinayət məsuliyyəti məsələsi – TƏHLİL

Yeni Kaledoniyanın nikel sərvətləri uğrunda mübarizə: Kanak təşkilatlarından Aİ-yə etiraz

AQTA sədrinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Gəncədə son illərdə 15 mindən çox yeni iş yeri yaradılıb