PREZİDENT SARAYI ÖNÜNDƏ RƏSMİ QARŞILANMA MƏRASİMİ
Afina, 16 fevral (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Yunanıstan Prezidentinin sarayı önündə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.
Sarayın qarşısında Azərbaycanın və Yunanıstanın dövlət bayraqları asılmış, Azərbaycan Prezidentinin şərəfinə milli qvardiyaçılardan ibarət fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısını Yunanıstan Prezidenti Karolos Papulyas qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Azərbaycanın və Yunanıstanın dövlət himnləri səsləndi.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Yunanıstanın rəsmi şəxsləri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Yunanıstan Prezidenti Karolos Papulyasa təqdim olundu.
Prezidentlər rəsmi foto çəkdirdilər.
#######
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |






