Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezidentin forumda toxunduğu hər bir məsələ aktualdır və geniş tədqiqat mövzusudur – deputat

Prezidentin forumda toxunduğu hər bir məsələ aktualdır və geniş tədqiqat mövzusudur – deputat

Bakı, 11 aprel, AZƏRTAC

ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə keçirilmiş “Yeni dünya nizamına doğru” mövzusundakı beynəlxalq forum dünyanın siyasi və iqtisadi gündəmində olan mühüm məsələlərə peşəkar yanaşmaların öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Xüsusilə Prezident İlham Əliyevin çıxışı və ünvanlanan müxtəlif səpkili suallara verdiyi məzmunlu cavablar, regionda və dünyada baş verən siyasi-iqtisadi proseslərə aydın mövqe sərgiləməsi, Azərbaycan-Ermənistan arasındakı sülh prosesinə yanaşması xüsusi maraqla qarşılanıb.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib.

Deputat beynəlxalq məsələlərin müzakirəsinə həsr olunmuş bu forumun artıq yeddinci dəfə keçirilməsi və iştirakçı sayında davamlı artımın onun beynəlxalq əhəmiyyətini bir daha sübut etdiyini vurğulayıb: “Ötən illərdə ümumilikdə 60 ölkədən 200-dən artıq ekspert və alim bu tədbirlərdə – Bakı və azad edilmiş Qarabağın dörd şəhərində – iştirak edərək sonradan regional və qlobal mövzularda elmi məqalələrlə çıxış ediblər. Bu, ölkəmizlə bağlı həqiqətlərin və Azərbaycanın uğurlu siyasətinin beynəlxalq miqyasda tanıdılmasına mühüm töhfə verir. Builki konfransa rekord sayda – 80 əcnəbi iştirakçı qatılıb. Onların 50 faizindən çoxu ilk dəfədir ki, bu forumda iştirak edir. Konfransın mövzusu olduqca aktualdır. Bu gün dünyanın aparıcı beyin mərkəzləri və siyasi institutları formalaşmaqda olan yeni dünya düzənini və onun ətrafında baş verən prosesləri diqqətlə tədqiq edir. Azərbaycan da Prezident İlham Əliyevin rəhbərliyi ilə bu proseslərin fəal iştirakçısına çevrilib. Bakı nəinki regionda, həm də qlobal miqyasda mühüm təşəbbüslərin və çağırışların müəllifidir.

Azərbaycanın mövqeyi isə kifayət qədər aydındır – suverenliyin toxunulmazlığı, daxili işlərə müdaxilənin yolverilməzliyi, siyasi-iqtisadi münasibətlərdə müstəqillik və təzyiqə qarşı prinsipial mövqe ölkəmiz üçün qırmızı xətdir. Bu prinsiplər təkcə Azərbaycan üçün deyil, hazırda təhdid altında olan bir çox ölkə üçün də keçərlidir”.

Mehriban Vəliyeva bildirib ki, İkinci Dünya müharibəsindən sonra formalaşmış siyasi düzən bu gün yeni reallıqlara cavab vermir, dəyişən şərtlər fonunda öz aktuallığını itirir: “Dünyadakı mövcud münaqişələr, müharibələr, Qərbdə yaşanan siyasi və mənəvi böhranlar yeni siyasi baxışın zəruriliyini diktə edir. Neoimperializm siyasəti dövlətlərin müstəqilliyini ciddi təhdid altına alır. Qərb ölkələri öz sistem və baxışlarını digər ölkələrə zorla tətbiq etməyə çalışırlar. Bu zaman ədalət, qanunun aliliyi, beynəlxalq hüquq prinsipləri arxa plana keçir. Onlar hətta öz maraqlarına uyğun olan, cinayətkar və işğalçı rejimləri belə müdafiə edirlər. Bunu Ermənistan nümunəsində aydın görmək olar. Otuz ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan, etnik təmizləmə və vandalizm törədən Ermənistan bu gün beynəlxalq aləmdə “əzilən”, “sülh tərəfdarı” kimi təqdim olunur.

Eyni zamanda, Avropa İttifaqı, ABŞ və bəzi beynəlxalq təşkilatlar Qərb-Mərkəzi Asiya əlaqələrinin inkişafında maraqlıdır, lakin bəzən bu əlaqələri Azərbaycanın iştirakı olmadan qurmağa çalışırlar. Prezidentin də qeyd etdiyi kimi, Azərbaycanın nəzərə alınmamasının mümkünsüzlüyünü başa düşmək üçün sadəcə xəritəyə baxmaq kifayətdir. Avropada bəzi dairələr isə Cənubi Qafqazda ayrıcı xətlər yaratmaq niyyətindədir. Lakin Azərbaycan qarşıdurmanın deyil, əməkdaşlığın, dialoqun və sağlam rəqabətin tərəfdarıdır”.

Deputat əlavə edib ki, COP29 kimi qlobal əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi edən Azərbaycan dünyaya bu mövqeyini nümayiş etdirib: “Ətraf mühitin qorunması, iqlim və ərzaq təhlükəsizliyi kimi çağırışların müzakirə olunduğu belə beynəlxalq tədbirlərdə Prezident İlham Əliyevin səsləndirdiyi mesajlar və çağırışlar həm regional, həm də qlobal səviyyədə mühüm əhəmiyyət daşıyır”.

M.Vəliyeva qeyd edib ki, dövlətimizin başçısı forum çərçivəsində müxtəlif beyin mərkəzlərinin nümayəndələrinin suallarını əhatəli şəkildə cavablandıraraq, Cənubi Qafqazdakı vəziyyət və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı məsələlərə aydınlıq gətirib: “Sülh sazişinə nail olunması üçün Azərbaycanın prinsipial mövqeyi bir daha bəyan edilib. Tarixi ədalət və beynəlxalq hüquq artıq bərpa olunub, indi isə regionda qalıcı sülhün təmin olunması əsas hədəfdir. Azərbaycan hər zaman olduğu kimi, sülh mövqeyinə sadiqdir.

İsrail-Türkiyə münasibətlərində Azərbaycanın rolu, Əfqanıstan və İraqda NATO üzvü olmayan ilk ölkə olaraq iştirakımız, ABŞ-da Demokratlar və Respublikaçılar dövründə Bakı-Vaşinqton münasibətlərindəki fərqlər, eləcə də ABŞ-Avropa münasibətləri ilə bağlı Prezidentin fikirləri geniş təhlil və tədqiqat tələb edir. Xüsusilə də Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda və Rusiya ilə müttəfiqlik münasibətlərimiz mövcud olduğu halda, Prezident İlham Əliyevin Rusiya tərəfindən Ukraynanın ərazilərinin işğal edildiyini açıq şəkildə bildirməsi olduqca cəsarətli mövqedir”.

Sonda deputat vurğulayıb ki, dünyanın gərginlik yaşadığı bir zamanda Azərbaycanın sabitlik adasına çevrilməsi dövlətimizin başçısının həyata keçirdiyi uzaqgörən və düzgün siyasətin nəticəsidir: “Bu gün Azərbaycan beynəlxalq arenada təşəbbüskar bir ölkə kimi çıxış edir. Bakı, Xankəndi, Şuşa kimi şəhərlərimiz beynəlxalq konfranslara ev sahibliyi edir, qlobal problemlərin müzakirə olunduğu mərkəzə çevrilir. Bütün bunlar Azərbaycanın düzgün və qətiyyətli yolda olduğunu göstərir”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ hərbçiləri İranın blokadasının davam etməsi üçün 55 gəminin istiqamətini dəyişdiriblər

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH