Prezidentin mətbuat katibi: Azərbaycan Prezidentinin Cəmiloğlu və Çubarovla görüşü olmayıb
Bakı, 14 aprel, AZƏRTAC
Aprelin 14-də bəzi media orqanlarında İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin Krım tatarlarının liderləri Mustafa Cəmiloğlu və Refat Çubarovla görüşü olması barədə məlumat yayılıb.
AZƏRTAC xəbər verir ki, bu məlumata münasibət bildirən Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov APA-ya açıqlamasında deyib: “Bəli, bu gün İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısının sessiyasında fasilə zamanı Azərbaycan Prezidenti çay içərkən Cəmiloğlu və Çubarov Prezidentə yaxınlaşaraq özlərini təqdim ediblər. Beləliklə, bunu hər hansı görüş adlandırmaq olmaz”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [15:31]
Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO
- 06.10.2026 [15:11]