PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Fevralın 21-də Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Dövlət başçıları ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etməsindən məmnun olduqlarını bildirmişlər. Rusiya Federasiyasının Prezidenti dövlətimizin başçısına Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin (EврAзЭС) Moskvada keçirilən iclaslarının nəticələri barədə məlumat vermişdir.
Prezidentlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparmışlar. Dövlət başçıları dünyada iqtisadi böhranla bağlı vəziyyəti də müzakirə etmişlər.
Azərbaycan və Rusiya prezidentləri ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əmin olduqlarını bildirmişlər.
Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.