Prezidentin Sərəncamı ilə təltif edilən AQTA əməkdaşlarına mükafatlar təqdim olunub
Bakı, 21 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin 24 iyun 2024-cü il tarixli Sərəncamına əsasən, “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşlarına mükafatlar təqdim olunub.
Bu barədə AZƏRTAC-a Agentlikdən məlumat verilib.
AQTA-nın sədr müavini Zəkiyyə Mustafayeva əməkdaşlara medalları təqdim edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.