PREZİDENTLƏR KONFRANSININ NÜMAYƏNDƏ HEYƏTİ AZƏRBAYCANA SƏFƏRİN YEKUNLARINA DAİR MƏTBUAT KONFRANSI KEÇİRƏCƏK
ABŞ-ın Azərbaycandakı səfirliyindən AZƏRTAC-a daxil olmuş məlumatda deyilir ki, Amerikanın əsas yəhudi təşkilatlarını birləşdirən Prezidentlər Konfransının himayəsi ilə ABŞ yəhudi icmasının liderlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir. Nümayəndə heyəti Prezident İlham Əliyev, xarici işlər naziri və digər rəsmi şəxslərlə, işgüzar adamlarla görüşəcəkdir.
Fevralın 13-də saat 13.15-də “Excelsior” mehmanxanasında səfərin yekunlarına dair mətbuat konfransı keçiriləcədir.