Azərbaycan Dövlət İnformasiya Agentliyi

Problemlər içində: Paşinyanın apardığı siyasətin ziddiyyətləri və Rusiya səfəri

Problemlər içində: Paşinyanın apardığı siyasətin ziddiyyətləri və Rusiya səfəri

Erməni KİV-ləri baş nazir Nikol Paşinyanın Rusiya səfəri ərəfəsində rəsmi İrəvanın narahatlığını ifadə edən məlumatlar yayır. Azərbaycan və Rusiya Prezidentlərinin Soçi görüşündən sonra Ermənistan rəhbərliyinin atmalı olduğu addımları müəyyənləşdirə bilməməsi ekspertlərin diqqətindən yayınmayıb. Onlar təsəvvür edə bilmirlər ki, Moskva ilə Bakının yaxın əməkdaşlığı necə baş tuta bilər? Bəs onda Ermənistan necə olsun? Çünki indiyə qədər ermənilər Azərbaycanın geosiyasi əhəmiyyətinin minimum olduğundan dəm vururdular. İndi isə Ermənistanın ən yaxın müttəfiqi Rusiya belə Bakı ilə strateji tərəfdaşlığı təsdiq edən onlarla sənəd imzalayır. Rusiya-Azərbaycan əməkdaşlığında digər sahələrlə yanaşı, hərbi-müdafiə və təhlükəsizlik məsələləri də ciddi yer tutur. Bütün bunlar Ermənistanın xarici siyasətinin tam yanlış meyarlar üzərində qurulduğunu göstərməklə bərabər, həm də bu ölkənin gələcəyini şübhə altına alır. Hazırda erməni ekspert dairələri bu kimi faktlar fonunda N.Paşinyana Kremldə hansı sualların veriləcəyi üzərində baş sındırır. Məsələnin bu aspekti üzərində geniş dayanmağı lazım bilirik.

Radikal mövqe: Ermənistan rəhbərliyinin yanlışları

Azərbaycan və Rusiya Prezidentlərinin Soçi görüşü və orada imzalanan sənədlərin məzmunu rəsmi İrəvanı əməlli-başlı təlaşa salıb. Erməni ekspert dairələri narahatlıqla vurğulayırlar ki, Moskva ilə Bakı getdikcə daha da yaxınlaşırlar. Və bu proses Ermənistan rəhbərliyinin Rusiya ilə münasibətlərdə xeyli dərəcədə problemlər yaratmaq istiqamətində atdığı addımların fonunda baş verir. Hətta Ermənistan siyasi dairələri "Azərbaycan yaranan boşluğu ustalıqla doldurur" kimi fikirlər səsləndirirlər.

Burada maraqlı olan erməni siyasi və ekspert dairələrinin yaranmış vəziyyəti özlərinin anlamında obyektiv qiymətləndirməsi deyil. Bu, heç belə də deyil. Maraqlı olan İrəvanın düşdüyü qeyri-müəyyən vəziyyətdən necə çıxa biləcəyinin geosiyasi parametrlərini müəyyənləşdirməkdir. Konkret olaraq "Nikol Paşinyan Kremldə Vladimir Putinlə müzakirələri hansı istiqamətlərdə apara bilər ki, uğurlu alınsın?" - sualı erməni cəmiyyəti üçün xüsusilə aktualdır. Sualın bu cür qoyuluşu təsadüfi deyil.

Erməni mətbuatı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun birinci kurs tələbələri qarşısında çıxışı zamanı ifadə etdiyi bir fikrin ətrafında möhkəm hay-küy salıb. S.Lavrov ifadə edib ki, Moskva N.Paşinyanın Ermənistandakı hadisələrin inkişafı ilə bağlı görüşlərini eşitmək istəyir. Ermənistan jurnalistləri bu sözləri "daxili işlərə misli görünməmiş müdaxilə" kimi təqdim etməyə çalışırlar. Bu gülüncdür, çünki Moskva İrəvanla danışıq ritorikasını zərrə qədər də dəyişməyib. Ermənistan Kreml üçün müstəqil dövlət deyil, forpostdur. Forpostu da həmişə "xalça üzərinə güləşməyə yox, hesabat almağa" çağırırlar. Ermənilər buna alışıblar.

Ritorikanı bir kənara qoyub, fikirlərin geosiyasi məzmununa nəzər salsaq daha ciddi qənaət əldə edə bilərik. Moskva aydınca İrəvandan mövqeyini konkretləşdirməsini, yəni bundan sonra Ermənistanın hansı geosiyasi istiqamətdə addımlayacağını bildirməsini tələb edir. Məsələ ondan ibarətdir ki, okeanın o tayından və Avropadan Ermənistana siyasətçilər və diplomatlarla yanaşı, generallar da təşrif buyururlar. Onların hamısı N.Paşinyanla nələrisə "pıçıldaşırlar". Bu proses 2008-ci il mart hadisələrinə görə Rusiyaya sadiq bir sıra şəxslərə qarşı cinayət işi qaldırılması fonunda baş verir.

Həmin şəxslər N.Paşinyana qarşı siyasi mübarizəyə başlayacaqlarını artıq bəyan ediblər. Məsələn, Robert Koçaryan. O bildirib ki, siyasətə qayıdır və məqsədi hakimiyyətə gəlməkdir. N.Paşinyan isə cavabında bəyan edib ki, R.Koçaryanın siyasi mübarizə üçün imkanı olmaya bilər, yəni həbs edilər. Bununla ekspertlər siyasi müstəvidə parçalanma ilə müşayiət olunan mübarizə prosesinə start verildiyini proqnozlaşdırırlar. Onun ilk savaş səhnəsinin sentyabrın ikinci yarısında olması nəzərdə tutulan İrəvan ağsaqqallar şurasına seçkidə özünü göstərəcəyini deyirlər. Ancaq N.Paşinyan ilk öncə Kremldə "xalça üzərində imtahan" verməlidir.

Cavabsız suallar: rəsmi İrəvanın yaratdığı qeyri-müəyyənliklər

Çünki normal olaraq bütün bunlar Moskvanı düşündürür. Özü də daha çox iki aspektdə rəsmi İrəvanın planlarını özündən eşitmək istəyir. Birincisi ölkənin siyasi gələcəyi ilə bağlıdır. İkincisi təhlükəsizliyin hansı üsulla təmini məsələsidir. İlk baxışdan bu məsələləri Ermənistanın bir neçə il öncə həll etdiyi düşünülə bilər. Lakin məsələ ondan ibarətdir ki, Kremldə Nikol Paşinyanın həmin modeli dağıtmağa çalışdığı haqqında fikir formalaşıb. Moskva isə hər şeyi N.Paşinyanın dilindən eşitmək qərarına gəlib.

Bunun da səbəbi vardır. Ermənistanın yeni baş naziri primitiv formada riyakarlıq edir - o, Avropada Qərbi tərifləyir, Moskvada isə Rusiyanı əvəzedilməz strateji müttəfiq adlandırır. Bunların fonunda isə antirusiya mövqeli kadrları irəli çəkir, Qərb dövlətlərindən vəzifəli adamları qəbul edir, onlarla strateji xarakterli məsələləri müzakirə edir. Bu cür davranışlar nəticəsində N.Paşinyan "ilk şapalağı" Rusiyadan aldı. Baş nazir olanda onun ilk sayıqlamalarından biri qondarma "dqr"in danışıqlarda iştirak etməsi şərtini irəli sürməsi oldu. Çox keçmədi ki, ona anlatdılar ki, reallıq başqa cürdür. İndi səsini kəsib, ağalarının qərarını gözləyir.

Bu zərbədən sonra İrəvandakı meydanda növbəti sərsəmliyini etdi. O, mitinqdə çıxışı zamanı bəyan etdi ki, nə sənəd olsa, meydana gətirəcək və bir yerdə müzakirədən sonra qərar veriləcək. Bu, siyasətçinin kütlə psixologiyası ilə oynaması ilə yanaşı, həm də lider kimi "inqilab" rəhbərinin böyük qüsurlara malik olması əlamətidir.

Əvvəla, N.Paşinyanı meydan seçibsə, deməli, ona etibar edib. Əgər o, layiqli liderdirsə, tərəddüd etmədən kütlənin xeyrinə sənədin qəbul olunmasına nail ola bilər. Ancaq sözlərindən aydın olur ki, N.Paşinyanın özü özünə inanmır. Çünki haqsızdır. Anlayır ki, ona həqiqəti qəbul etdirəcəklər. Bu həqiqət isə Ermənistanın və havadarlarının işğalçı qüvvələrinin Azərbaycan ərazisindən rədd edilməsindən ibarətdir.

İkincisi, əgər kütlə razılaşdırılmış hansısa sənədə etiraz edərsə, bu, bütövlükdə erməni diplomatiyasının iradəsizliyi və peşə qüsurudur. Çünki danışıqlar masasında gücü çatmadığı hallarda küçədəki adamlardan dəstək istəyir, onlardan arqument gözləyir.

Üçüncüsü, Rusiya üçün məsələnin aktuallığı bütövlükdə rəsmi İrəvanın geosiyasi seçimi ilə bağlıdır. Əgər bu məsələdə konkretlik olmasa, Kreml münaqişənin həllində Ermənistanı müdafiə etməyəcək. Ən yaxşı halda vəziyyətin qeyri-müəyyən saxlanılmasına çalışacaq. Bu halda isə hansısa sənədin razılaşdırılması mümkün deyildir. Deməli, N.Paşinyan növbəti dəfə kütlə şüurunun manipulyasiyası ilə populist şəkildə məşğuldur. Bunda məqsəd nədən ibarət ola bilər?

Ekspertlər düşünürlər ki, N.Paşinyanı öz hakimiyyətini möhkəmlətmək daha çox maraqlandırır. Hazırda onun parlamentdə üstünlüyü yoxdur. Bu da istənilən vaxt baş nazirin istefasının tələb edilməsini gündəmə gətirə bilər. İndi N.Paşinyanın qrupu Ermənistanın konstitusiyasına yeni dəyişiklik etməyə çalışır. Oraya baş nazirin istefası qoyulmadan parlamentin buraxılması maddəsinin təsbit edilməsi nəzərdə tutulur. Ümumiyyətlə, Ermənistan konstitusiyası son zamanlar ən sürətlə dəyişdirilən kağız parçasına çevrilib. Serj Sarkisyan onu öz xeyrinə dəyişdi, indi də onu bu işdə ittiham edən N.Paşinyan konstitusiyanı öz xeyrinə dəyişmək niyyətindədir. Sabah prezident Armen Sarkisyanın və ya revanş üçün alışıb-yanan R.Koçaryanın hansısa dəyişiklik etmək fikrinə düşməyəcəyinə hansı keşiş təminat verə bilər?

Bunlar onu göstərir ki, N.Paşinyanın Moskvaya səfəri, əslində, Ermənistan üçün çox güclü təsiri ola biləcək hadisələrin reallaşması fonunda baş tutur. Bu mənada o, yalnız Rusiya rəhbərliyinə deyil, həm də başıbəlalı erməni xalqına sadiqlik testindən keçir. Yuxarıdakı müqayisələrdən görünür ki, N.Paşinyan ölkəni tam qeyri-müəyyən geosiyasi vəziyyətə gətirib çıxarıb. Onun düşdüyü bataqlıqdan çıxa bilməsi ehtimalı çox azdır. Çünki təcrübə göstərir ki, erməni baş nazir rasional, ədalətli və obyektiv düşünmək iqtidarında deyil. Onu əsiri olduğu şovinist xülyalar çox çətin vəziyyətlərə salır.

Bunlar aşağıdakı nəticəyə gəlməyə əsas verir: erməni siyasi-diplomatik şüuru müasir geosiyasi proseslərin sürətli yeniləşməsi qarşısında acizliyini nümayiş etdirir. Hələlik rəsmi İrəvan heç bir konstruktiv qərar qəbul edə bilmir. Həqiqəti qəbul etməyə onun siyasi və mənəvi iradəsi çatmır. Bütün imkanları ilə işğal siyasətinə başqa adlar axtarışının sonunun puç olduğunu anlamaq istəmir. Buna görədir ki, N.Paşinyan hara səfər edirsə-etsin - Moskvadan Berlinə, oradan Parisə və oradan da Vaşinqtona uçsun, uğursuz olacaq. Ermənistan haqsızdır, qərəzlidir, başqasının torpaqlarını zəbt etmək kimi qeyri-sivil yol seçib. Onu özündən başqa kimsə xilas edə bilməz. Xilas yolu isə səhvini etiraf edib, işğal etdiyi əraziləri tərk etməsindən başlayır. Əgər İrəvan bu yolu görə bilmirsə, günah özündədir.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib