Azərbaycan Dövlət İnformasiya Agentliyi

Professor Qabil Əliyev: Azərbaycanın haqlı mövqeyi dəstəklənməlidir

Professor Qabil Əliyev: Azərbaycanın haqlı mövqeyi dəstəklənməlidir

Bakı, 15 oktyabr, AZƏRTAC

Hər bir insanın, hər bir xalqın öz doğma yurdunda dinc yaşamaq hüququ, bu hüquqa qəsd edənlərə qarşı özünümüdafiə hüququ var. Bu günlərdə Azərbaycan Ordusu Vətənin ərazi bütövlüyü, Ermənistan silahlı qüvvələrinin ölkəmiz ərazisindən çıxarılması uğrunda mübarizə aparır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru Qabil Əliyev bildirib.

Professor qeyd edib ki, erməni qatı millətçi tarixçilərinin xəyal məhsulu olan “böyük Ermənistan”ın bir parçası kimi təqdim edilən Qarabağ əzəldən bəri azərbaycanlıların ata-baba yurdudur. Qarabağ xanlığının Rusiya imperiyasına birləşdirilməsi haqqında 1805-ci il 14 may tarixli Kürəkçay müqaviləsini də Qafqazdakı rus ordusunun baş komandanı ilə Qarabağın ozamankı sahibi İbrahimxəlil xan imzalayıb. Qarabağda indi yaşayan ermənilərin sələflərini Rusiya hakim dairələri İrandan və Osmanlı dövlətindən köçürüb yerləşdiriblər.

Keçən əsrin əvvəllərindən başlayaraq erməni qatı millətçi təşkilatları Azərbaycan ərazilərinə, o cümlədən Qarabağa yiyələnmək üçün kütləvi qətl və qarətlər törətməyə başladılar. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti bunun qarşısını almağa qismən müvəffəq olsa da, sovet dövründə ali rəhbərliyin erməniləri himayə etməsi Azərbaycan xalqına yeni məhrumiyyətlər gətirdi. 1948-1953-cü illərdə 150 min azərbaycanlı əhali Ermənistan SSR-dən öz doğma yurdlarından deportasiya edildi. 1988-1989-cu illərdə isə bu respublikada yaşayan bütün azərbaycanlılar - 250 mindən çox insan qovuldu, evləri yandırıldı, əmlakları qarət edildi. Elə o zaman Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün açıq çıxışlar başlandı. 90-cı illərin əvvəlində isə Dağlıq Qarabağ əraziləri, ardınca da onun ətrafındakı 7 rayon Ermənistan tərəfindən işğal edildi. Burada yaşayan insanlar soyqırımına məruz qaldı, sağ qalanlar isə öz evlərini tərk etməyə məcbur oldu. Müstəqilliyini yeni qazanan Azərbaycan Respublikası ərazisinin 20 faizini itirdi, 1 milyondan çox insan qaçqına, məcburi köçkünə çevrildi.

BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Ermənistan silahlı birləşmələrinin Azərbaycan Respublikasının işğal edilmiş ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Lakin Ermənistan respublikası beynəlxalq hüququn prinsiplərinə məhəl qoymayıb, eləcə də ATƏT-in Minsk qrupu həmsədrlərinin təkliflərini rədd edib. Ermənistan rəhbərliyi Dağlıq Qarabağda etnik təmizləmə həyata keçirib, azərbaycanlıların tərk edilmiş evlərinə Suriyadan, Livandan etnik erməniləri, kürd terrorçularını yerləşdirməyə başlayıb.

Q.Əliyev vurğulayıb ki, bu il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzünə, Azərbaycanın yaşayış məntəqələrini ağır silahlardan atəşə tutmasına cavab olaraq ordumuz əks-hücuma keçib, bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Sonrakı günlərdə ordumuz uğurlu hərbi əməliyyatları davam etdirib, Füzuli, Cəbrayıl, Tərtər və Xocavənd rayonlarında onlarla yaşayış məntəqəsini düşmən tapdağından qurtarıb.

Cəbhədən ard-arda gələn qələbə xəbərləri xalqımızda böyük ruh yüksəkliyi yaradıb. Bütün vətəndaşlarımız Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycanın haqlı davasını necə inamla qoruduğunu görür, qürur duyurlar.

Döyüş meydanında ağır məğlubiyyətə uğrayan Ermənistanın rəhbərliyi bunun qisasını Azərbaycanın mülki əhalisini və obyektlərini, döyüş mövqelərindən çox uzaqda yerləşən yaşayış məntəqələrini atəşə tutur. Oktyabrın 11-nə keçən gecə Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə Ermənistan ərazisindən raket atılıb, şəhər atəşə tutulub, öz mənzillərində yatmış insanlar, o cümlədən qadın və uşaqlar həlak olublar.

Ermənistanın bu qəddar, heç bir çərçivəyə, insani, əxlaqi normalara sığmayan əməllərinə obyektiv hüquqi qiymət verilməlidir. Bu vandalizmi, dövlət terrorunu beynəlxalq ictimaiyyət doğru-dürüst qiymətləndirməli, Azərbaycanın haqlı mövqeyini dəstəkləməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda qələbə qazanıb

Azərbaycanlı pianoçunun Varşavadakı konserti dinləyiciləri heyran edib

ADPU-CVU Peşəkar İnkişaf Təlimi liderlik dialoqu ilə yekunlaşıb

Sumqayıtda “PeşəFest-2026” layihəsinə başlanılıb

İqlim dəyişikliyi mövzusu nəqliyyat infrastrukturunda mühüm yer tutur - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalında fetal təbabət üzrə master-klass olub

Azərbaycanın Dövlət Suverenliyi: tarixi, hüquqi və siyasi aspektlər -elmi praktik tədbir

Türkiyə Milli Müdafiə Nazirliyi: Birlikdə güclü, birlikdə qətiyyətliyik

Gəncə–Daşkəsən regionunun toponimik sözlüyü hazırlanacaq

Sumqayıt” basketbol klubu türkiyəli mütəxəssislə danışıqlar aparır

Ailə tipli icmaəsaslı məktəbəqədər təlim qruplarına tərbiyəçi-müəllimlərin qeydiyyatına başlanılıb

“Meysari Grand Hotel & SPA” - bənzərsiz təbiətin və zəngin mədəni irsin harmoniyası

Qazaxıstan Münxendə Orta Dəhlizin inkişaf perspektivlərini təqdim edib

AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub

Energetika naziri Laçında vətəndaşların müraciətlərini dinləyib

Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib

Davamlı sülhün təməli etimaddır - MƏQALƏ

Neftçalada dəyəri 5 milyon manat olan dövlətə məxsus müəssisə özəlləşdiriləcək

® KOICA-nın dəstəyi ilə həyata keçirilən layihəyə yekun vurulub

Bakı və Sumqayıtda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Saatlıda “Erkən müayinə can qurtarır!” aksiyası təşkil olunub

Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyəti tarixində və peşəkar musiqi sənətinin inkişafında rolu - ŞƏRH

Azərbaycanın şahmat yığmalarından Olimpiadada növbəti qələbə

Laçında uşaqlar üçün tibbi müayinələr təşkil olunub

Türk dövlətləri arasında enerji və nəqliyyat dəhlizlərinin inkişafı iqtisadi inteqrasiyanı dərinləşdirəcək- RƏY

Gömrük əməkdaşlarına texniki reqlamentlər üzrə idxal nəzarəti mexanizmləri izah olunub

UNEC-də əlilliyi olan tələbələrin beynəlxalq təcrübə imkanları genişləndirilir

“Azərişıq” sədri Ağdamda vətəndaşlarla görüşüb

“Elektroenergetika və bərpaolunan enerji” Standartlaşdırılması üzrə Texniki Komitənin növbəti iclası olub

İqtisadiyyat nazirinin müavini Goranboyda vətəndaşlarla görüşüb

Sumqayıt Musiqi Kollecinin direktoru: Üzeyir Hacıbəylinin irsi milli musiqimizin təməlidir VİDEO

Sumqayıt Musiqi Kollecinin direktoru: Üzeyir Hacıbəylinin irsi milli musiqimizin təməlidir VİDEO

“Şahdağ” ES-də 5 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib

Federasiya nümayəndələri ilə görüş olub, sosial media hesabatları dinlənilib

Azərbaycan və Böyük Britaniya arasında minatəmizləmə sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb

Kənd Təsərrüfatı Nazirliyində Butik Şərabçılıq Qrupunun ilk görüşü keçirilib

1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR

Konstitusiya Məhkəməsi Palatasının iclasında Ali Məhkəmənin müraciətinə baxılıb

Milli Məclisin Aqrar siyasət komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib

Azərbaycan FAO-nun aqrar-ərzaq sistemlərinin yaşıllaşdırılması üzrə regionlararası siyasət dialoqunda təmsil olunub

Azərbaycan muzeylərinin nadir eksponatları: “Harpoonlog A1” – elektron sistemlərdən xeyli əvvəl dənizçilər qət etdikləri məsafəni necə ölçürdülər?

Bakıda Qafqaz Albaniyasının tarixi-coğrafi atlasına dair seminar təşkil edilib VİDEO

Bakıda Qafqaz Albaniyasının tarixi-coğrafi atlasına dair seminar təşkil edilib VİDEO

Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-yə çatıb VİDEO

Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-yə çatıb VİDEO

Xalq artisti: Üzeyir Hacıbəyli gənc istedadlara yol göstərən böyük müəllim olub VİDEO

Xalq artisti: Üzeyir Hacıbəyli gənc istedadlara yol göstərən böyük müəllim olub VİDEO

GastroFest 2026: İçərişəhərdə dad, musiqi və müxtəlif mədəniyyətlərin rəngarəng görüşü

Vladimir Putin Dövlət Dumasına deputat seçkilərində onlayn səs verib

Dövlət Komitəsinin sədri Kǝlbəcǝrdə vətəndaşlarla görüşüb

Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir

Azərbaycan Hava Yolları “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb

“Tenderyard” rəqəmsal alış-satış imkanlarını genişləndirir

Türkiyə hərbçiləri "Birliyin Gücü – 2026" təlimində iştirak üçün Azərbaycana gəlib

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL-ın təyyarələrində səsləndiriləcək

Tarixçi: Albaniya ərazisində ərəb işğalı ərəfəsində müxtəlif dini inanclar mövcud olub

Gədəbəy və Şəmkir sakinlərinin sosial məsələlərlə bağlı müraciətləri cavablandırılıb

Sumqayıt Musiqi Kollecində Üzeyir Hacıbəylinin “Arazbarı” əsəri yeni tərkibdə təqdim olunub VİDEO

Sumqayıt Musiqi Kollecində Üzeyir Hacıbəylinin “Arazbarı” əsəri yeni tərkibdə təqdim olunub VİDEO

Azərbaycan XİN Fransanı ölkəmizə qarşı əsassız və qərəzli iddialardan çəkinməyə çağırıb

Azərbaycanda ilk dəfə keçiriləcək FIFA U-15 dünya çempionatı və festivalının təfərrüatları bəlli olub

BDU-nun iki layihəsi “QS Reimagine Education Awards 2026” yarışmasında təmsil olunmaq hüququ qazanıb

Türkiyə yığmasının UEFA Millətlər Liqası üçün heyəti açıqlanıb

AMEA-da Çin Sosial Elmlər Akademiyasının nümayəndə heyəti ilə görüş olub

Məni Xankəndiyə bağlayan yurd sevgisi və şəhid qızımın xatirəsidir – Mübarizə Əliyeva

DOST könüllüləri üçün keçirilən təlim proqramının birinci mərhələsi başa çatıb

Bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcək - XƏBƏRDARLIQ

Üzeyir Hacıbəylinin 141-ci ildönümü musiqili proqramla qeyd olunub

Salyanda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Naxçıvan” klubu daha bir amerikalı basketbolçunu transfer edib

Ötən il Türkiyədə hava nəqliyyatından istifadə edən sərnişinlərin sayı 247 milyonu ötüb

AQTA: 33 rayon və şəhərdə müasir heyvan kəsimi məntəqələri qurulmalıdır

Gürcüstan Nauru Respublikası ilə diplomatik münasibət quracaq

Beyləqanda vətəndaşların sosial məsələlərlə bağlı müraciətləri dinlənilib

Sumqayıtda Milli Musiqi Gününə həsr olunan konsert proqramı təqdim edilib VİDEO

Sumqayıtda Milli Musiqi Gününə həsr olunan konsert proqramı təqdim edilib VİDEO

Erməni tarixşünaslığının Albaniyanın sərhədləri ilə bağlı iddiası qədim mənbələr əsasında təkzib edilir

Həsən Həsənov: Atropatena Assuriya imperiyasının süqutundan sonra yaranıb

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2025-ci il 28 noyabr tarixli 3-16/1-KQ/13/2025 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi icra məmurunun şəxsi işinin aparılması qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiya QƏRARI

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2025-ci il 28 noyabr tarixli 3-16/1-KQ/9/2025 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının Tərkibi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiya QƏRARI

“Sabah”ın 5 futbolçusu müxtəlif ölkələrin komandalarına dəvət alıb

Aİİ-də Rusiyada Quranın tədqiqatları tarixinin müxtəlif mərhələlərindən bəhs olunub

Çexiyanın sənaye və ticarət naziri Avropada yeni enerji böhranı barədə xəbərdarlıq edib

Kəlbəcər sakinlərinə tibbi xidmət göstərilib

Tarixi nailiyyətin təntənəsi: BDU-da Dövlət Suverenliyi Günü qeyd edilib

Şərqşünas-alim Buxarest Universitetində məruzə edib

Üzeyir Hacıbəylinin doğum günü Şuşadakı ev-muzeyində qeyd olunub VİDEO

Üzeyir Hacıbəylinin doğum günü Şuşadakı ev-muzeyində qeyd olunub VİDEO

“John Deere” şirkətinin müasir kənd təsərrüfatı texnologiyaları ADAU-da təqdim olunub VİDEO

“John Deere” şirkətinin müasir kənd təsərrüfatı texnologiyaları ADAU-da təqdim olunub VİDEO

Hacıqabulda şagirdlər yol nişanları barədə məlumatlandırılıb

Azərbaycanlı doktorant Barselonada beynəlxalq konfransda məruzə edib

Azərbaycan Universitetində Dövlət Suverenliyi Günü qeyd olunub

“Cənubi Qafqazın yeni geosiyasi reallıqları və Azərbaycanın regional enerji strategiyası” - elmi konfrans

Azərbaycan və TDT məkanının strateji çəkisi: enerji və nəqliyyat bağlantılarının rolu - ŞƏRH VİDEO

Azərbaycan və TDT məkanının strateji çəkisi: enerji və nəqliyyat bağlantılarının rolu - ŞƏRH VİDEO

Goranboyda aqrar layihələr genişləndirilir - Dövlət Proqramının icrası diqqət mərkəzindədir

Batumidə regionun Mərkəzi Banklarının rəhbərlərinin iştirakı ilə beynəlxalq tədbir keçirilib

Rusiyada Dövlət Dumasına seçkilər keçirilir

Ziya Bünyadov prospektinin bir hissində avtobus zolağının qüvvədəolma müddəti bir saat artırılıb

“Barselona”nın gəlirləri rekord həddə çatsa da, borcu artıb

® 617 balla baytarlığı seçdi: “PAŞA Holdinq”ə daxil olan “Agro Dairy” gələcəyin baytarına dəstək oldu

Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib

Çexiyada 8 minə yaxın obyekt ekoloji araşdırma tələb edir

Ermənistanda mövcud reallıqları qəbul etmək istəməyən qüvvələr hələ də var - ŞƏRH

Müasir çağırışlar fonunda dövlət, media və vətəndaş cəmiyyəti arasında əməkdaşlıqla bağlı təkliflər nəzərdən keçirilib

Professor Zümrüd Dadaşzadə: Üzeyir Hacıbəyli bizim bütün varlığımızdır

Mərkəzi Elmi Kitabxanada Milli Musiqi Gününə həsr olunmuş sərgi açılıb

Britaniyanın “İtalyan kəndi” – AZƏRTAC-ın müxbiri Uelsdən yazır