PROQRAM ÇƏRÇİVƏSİNDƏ MÜSABİQƏ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Amerika Beynəlxalq Təhsil Şurasının (ACCELS) və ABŞ Dövlət Departamenti təhsil və mədəniyyət bürosunun Azərbaycanda həyata keçirdiyi “FLEX - Amerikada bir il pulsuz orta məktəb proqramı” çərçivəsində Bakıdakı və bölgələrdəki ümumtəhsil məktəblərinin IX–XI sinif şagirdləri arasında müsabiqə keçirilmişdir. Müsabiqənin birinci mərhələsində 792, ikincisində isə 284 şagird iştirak etmişdir.
Xatırladaq ki, müsabiqənin üçüncü mərhələsinin qalibləri bir il müddətində ABŞ-da ailələrdə yaşayıb, təhsil alacaqlar.