PSJ-nin gürcü futbolçusu üçün mövsüm erkən bitib
Bakı, 21 oktyabr, AZƏRTAC
Fransanın PSJ klubunun futbolçusu Xviça Kvaratsxeliyanın sağ dizinin ön çarpaz bağı qopub.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, hücumameyilli yarımmüdafiəçi yaxın günlərdə əməliyyat olunacaq. Gürcüstanlı vingerin bu mövsüm meydana çıxmayacağı bildirilib.
Xatırladaq ki, Xviça Kvaratsxeliya UEFA Çempionlar Liqasında “Barselona” ilə keçirilmiş oyunda (4:2) zədələnib. Həmin matçda PSJ-nin digər futbolçuları Usman Dembele və Markinyos da sıradan çıxıb. Dembelenin sol, Markinyosun isə sağ bud nahiyəsində zədə aşkarlanıb. Hər iki futbolçu bir neçə həftə müalicə alacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [16:37]
Arif Əsədov: Arsen Venger dünya çempionatının təşkilatçılığından razı qalıb
- 27.10.2026 [16:11]
“Sumqayıt” – “Şəfa” matçının keçiriləcəyi stadion müəyyənləşib
- 27.10.2026 [15:56]
Azərbaycan Kuboku: “Araz-Naxçıvan” və “Marafon” 1/8 final mərhələsində
- 27.10.2026 [15:43]
Arsen Venger Bakıda məşqçilər üçün master-klas keçib
- 27.10.2026 [12:53]