Qabiliyyət imtahanında konsertmeyster bir növbə ərzində 3 abituriyenti müşayiət edə bilər
Bakı, 5 iyun, AZƏRTAC
Musiqi sənəti üzrə bəzi imtahanlarda fərdi konsertmeyster kimi iştirak edəcək musiqiçilər əvvəlcədən elan olunmuş tarixlərdə qeydiyyatdan keçməli, müşayiət edəcəyi abituriyentləri qeyd etməli, konsertmeysterin buraxılış vərəqəsi ilə imtahan binasına gəlməlidirlər.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bir konsertmeyster bir növbə ərzində maksimum 3 abituriyenti müşayiət edə bilər.
Qeyd edək ki, qabiliyyət imtahanlarının nəticəsi yalnız abituriyentin imtahan verdiyi il qüvvədə olur, növbəti il üçün bu nəticə öz qüvvəsini itirir. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına müsabiqə abituriyentin qəbul (cari ilin məzunları- buraxılış) imtahanında topladığı ümumi bal əsasında aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:53]
AzTU professoru Türkiyədə ustad dərsləri keçib
- 16.06.2026 [14:55]
Çinin Anhui Universitetinin nümayəndə heyəti BDU-da olub
- 16.06.2026 [13:23]
Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib
- 16.06.2026 [12:55]
“Doktorantura” adlı metodik vəsait istifadəyə verilib
- 16.06.2026 [12:50]
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
- 16.06.2026 [12:45]