Qadın güləşçilərimiz açıq Rusiya kuboku yarışlarında iştirak edəcəklər
Bakı, 9 dekabr, AZƏRTAC
Dekabrın 10-11-də Çeboksaridə Çuvaş Respublikası başçısının mükafatı uğrunda qadın güləşi üzrə açıq Rusiya kuboku yarışları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, turnirdə Rusiya ilə yanaşı, Azərbaycan, Belarus, Qazaxıstan, Monqolustan, İsveç və ABŞ-dan olan idmançıların iştirakı gözlənilir.
Rusiya kuboku yarışlarında 8 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Ölkəmizi turnirdə Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (55 kq) və Tatyana Omelçenko (58 kq) təmsil edəcəklər.
Turnirin ümumi mükafat fondu 120 min ABŞ dollarıdır.
Proqrama əsasən, dekabrın 10-da bütün çəki dərəcələrində ilkin və təsəlliverici, dekabrın 11-də isə final görüşləri keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]