Qadın güləşçimiz “EYOF Bakı 2019”un gümüş medalına sahib olub
Bakı, 22 iyul, AZƏRTAC
Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində 46 kiloqram çəki dərəcəsində qadın güləşçilərin yarışında qaliblər müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, bu çəki dərəcəsində mübarizənin finalında güləşçimiz Gültəkin Şirinovaya qalib gələn rumıniyalı Georgiana-Lavinia Antuka festivalın çempionu olub.
Bürünc medallara fransalı Jüstin Fani Viqoro və macarıstanlı Vivien Matyi layiq görülüblər.