Qadın sabliyaçılarımız Avropa Oyunlarında beşinci yer uğrunda yarışacaqlar
Krakov, 30 iyun, AZƏRTAC
Polşada təşkil olunan III Avropa Oyunlarında qılıncoynatma yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, Avropa çempionatı statusu daşıyan komanda yarışında Azərbaycanın qadın sablyaçıları da mübarizə aparırlar.
Anna Başta, Valeriya Bolşakova, Polina Kaspiaroviç və Səbinə Kərimovadan ibarət komandamız səkkizdəbir finalda Rumıniya ilə qarşılaşıb. Komandamız görüşdən 45:42 hesablı qələbə ilə ayrılıb.
Yığmamız dörddəbir finalda İtaliya seçməsi ilə üz-üzə gəlib. Komandamız 42:45 hesabı ilə uduzub və mükafatlar uğrunda mübarizəni dayandırıb.
Yığmamız 5-8-ci yerlər üçün yarışda Yunanıstanı asanlıqla məğlubiyyətə uğradıb. Sablyaçılarımız rəqibdən 45:29 hesabı ilə üstün olublar. Beləliklə, təmsilçilərimiz 5-ci yer uğrunda matça vəsiqə qazanıblar. Bu mərhələdə rəqib İspaniya olacaq.
Qeyd edək ki, bu gün kişi şpaqaçılar da komanda yarışında gücünü sınayır. Azərbaycan yığması 1/16 finalda mübarizəni dayandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [18:29]
“Qəbələ” İslandiya klubunun müdafiəçisini transfer edib
- 10.08.2026 [17:16]
UEFA-nın azərbaycanlı nümayəndəsi Gürcüstan klubunun stadionu ilə tanış olub
- 10.08.2026 [17:08]
Azərbaycan güləşçiləri Buxarestdə 5 medal qazanıblar
- 10.08.2026 [16:41]
Azərbaycanı U-19 Avropa çempionatında 13 boksçu təmsil edəcək
- 10.08.2026 [16:14]
“Araz-Naxçıvan” sol cinahını bosniyalı müdafiəçi ilə gücləndirdi
- 10.08.2026 [15:11]