Qadın startapçıların “Women In Tech” qlobal hərəkatında iştirakı üçün qeydiyyat bitir
Bakı, 29 iyul, AZƏRTAC
“Women In Tech” layihəsinin əsas məqsədi texnologiya sahəsində innovativ fəaliyyətləri ilə fərq yarada biləcək qadın liderlərin potensialını üzə çıxarmaq və dünyaya tanıtmaqdır.
İlkin seçim mərhələsində müxtəlif nominasiyalar üzrə seçilən qadın liderlər yekun dəyərləndirmədən sonra “WIT Global Awards” mərasiminə dəvət olunacaqlar.
AZƏRTAC xəbər verir ki, mükafatlandırma mərasimi sentyabrın 22-də Gürcüstanın paytaxtı Tbilisidə baş tutacaq. Tədbir Qafqaz və Mərkəzi Asiyadan olan qadın startapçıları, texnologiya həvəskarları və sahibkarları bir araya gətirəcək.
Əgər siz də öz innovativ potensialınızı dünyaya tanıtmaq istəyirsinizsə, iyulun 31-dək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməyə tələsin.
Ətraflı məlumat və qeydiyyat üçün link: https://womenintech-awards.com/women-in-tech-cca-awards/
Qeyd edək ki, qlobal qeyri-kommersiya təşkilatı “Women In Tech” 2030-cu ilədək bütün dünya üzrə 5 milyon qadın və qızı texnologiya sahəsində gücləndirməyi hədəfləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [12:33]
Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq
- 10.08.2026 [12:27]
Azərbaycan və İndoneziya birgə iqtisadi forum keçirə bilər
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar
- 09.08.2026 [22:00]
Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır
- 09.08.2026 [21:55]