Qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatında ilk gedişlər edilib
Naxçıvan, 21 may, AZƏRTAC
Mayın 21-də Naxçıvan şəhərində yerləşən “Gənclik” Mərkəzində şahmat üzrə qadınlar arasında keçirilən Azərbaycan çempionatına start verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovun şahmat lövhəsi üzərindəki rəmzi gedişləri ilə çempionat start götürüb.
Çempionatda ölkəmizin 12 ən güclü qadın şahmatçısı birincilik uğrunda mübarizə aparır.
Qeyd edək ki, qadınlar arasında Azərbaycan çempionatına mayın 31-də yekun vurulacaq. Turnir 12 qadın şahmatçının iştirakı ilə dairəvi sistem üzrə keçiriləcək, qaliblər şəxsi Avropa çempionatına vəsiqə qazanacaq.