Qafqaz İnvestisiya Forumunda regional əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı, 17 iyul, AZƏRTAC
Rusiyanın Qroznı şəhərində Qafqaz İnvestisiya Forumu keçirilib.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, forumda Azərbaycanı təmsil edən iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Rusiyanın Azərbaycanın mühüm ticarət tərəfdaşlarından biri olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında sərbəst ticarət rejimi ticarət dövriyyəsinin artmasını stimullaşdırır və işgüzar dairələr arasında faydalı əməkdaşlıq üçün əlavə imkanlar yaradır.
Forumda Rusiya ilə iqtisadi əlaqələrin inkişafında investisiya əməkdaşlığının xüsusi yer tutduğu bildirilib. Son illər Azərbaycana məxsus özəl şirkətlərin Rusiyaya, xüsusilə də Qafqaz regionuna yatırdığı investisiyalar barədə məlumat verilib. Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin iqtisadi potensialı və burada sahibkarlar üçün tətbiq olunan güzəşt və stimullar diqqətə çatdırılıb. Rusiya şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən layihələrdə iştirak imkanları barədə fikirlərini bölüşən nazir müavini belə təşəbbüslərin tərəfdaşlıq əlaqələrini gücləndirdiyini vurğulayıb.
Tədbirdə Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın nəqliyyat-tranzit imkanlarının ikitərəfli iqtisadi münasibətlərə, eləcə də regional inkişafa töhfə verdiyi qeyd olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2025 [18:52]
Belarusla iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib
- 19.06.2025 [17:40]
Əbu-Dabi-Qəbələ birbaşa aviareysi açılıb
- 19.06.2025 [16:48]