Qafqazşünaslıq İnstitutunda “Elm günü” münasibətilə onlayn toplantı təşkil edilib
Bakı, 16 mart, AZƏRTAC
27 mart - “Elm günü” münasibətilə Qafqazşünaslıq İnstitutu əməkdaşlarının elmi əsərlərinin onlayn sərgisi və 2020-ci ildəki çap işlərinin təqdimatı keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tədbirdə elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı Qafqazşünaslıq İnstitutunun ötən ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında geniş məlumat verib.
Toplantıda AMEA-nın bir sıra elmi müəssisə və təşkilatlarının əməkdaşları, eləcə də akademiyanın Naxçıvan Bölməsinin alimləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:55]
Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib
- 07.10.2026 [17:50]
Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş
- 07.10.2026 [17:15]
Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya
- 07.10.2026 [16:51]