QAHİRƏDƏ “İSLAM SİVİLİZASİYASINDA DÖZÜMLÜLÜK” MÖVZUSUNDA KONFRANSDA AZƏRBAYCAN NÜMAYƏNDƏLƏRİ DƏ ÇIXIŞ ETMİŞLƏR
Konfransda müasir dövrdə islam aləminin qarşısında duran mühüm məsələlər, o cümlədən islamın dünya ictimaiyyətində yeri və oynadığı rol, sivilizasiyalar arasında sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi, islam sivilizasiyasında dözümlülüyün əhəmiyyəti, müxtəlif dinlər arasında daimi dialoqun aparılması, islam dövlətlərinin din sahəsində əməkdaşlığının inkişaf etdirilməsinin vacibliyi və sair məsələlər müzakirə olunmuşdur. Konfransın iştirakçıları dünya ictimaiyyətini münaqişələrin sülh yolu ilə həllinə və bölgələrdə əmin-amanlığın, sabitliyin bərqərar olunmasına çağırmışlar.
Şeyxülislam Allahşükür Paşazadə və professor Vasim Məmmədəliyev konfransda çıxış etmişlər. Onlar iştirakçıların diqqətini Ermənistanın təcavüzkar siyasətinə, bu dövlətin ölkəmizin ərazisinin 20 faizdən çox hissəsini işğal altında saxlaması faktına yönəltmişlər. Natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda əldə edilmiş uğurlar barədə konfrans iştirakçılarına ətraflı məlumat vermişlər.
Ərəb və islam ölkələri nümayəndə heyətlərinin rəhbərləri ilə keçirilən ikitərəfli görüşlərdə Azərbaycan ilə həmin dövlətlər arasında din sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunmuşdur.
Konfransın sonunda A.Paşazadə və V.Məmmədəliyev Misirin kütləvi informasiya vasitələrinə müsahibələr vermişlər.