Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Qalaaltı” suyu - ecazkar şəfa ocağı, yaxud Azərbaycanın “Naftusiya”sı

Bakı, 15 iyul (AZƏRTAC). Mineral suların tərkibinin öyrənilməsi çox zəngin su sərvətləri tiplərini müəyyən etməyə və onların elmi təsnifatını verməyə, daha doğrusu, bu suları düzgün qiymətləndirməyə və onların mənşəyi ilə əlaqədar məsələləri aydınlaşdırmağa imkan verir.

Mineral suların müalicəvi keyfiyyəti onun tərkibindəki mikroelementlərin və üzvü maddələrin zənginliyindən asılıdır. Bu baxımdan yerli və xarici alimlərin hələ keçmiş sovetlər dövründə “Qalaaltı” mineral suyunun hidrogeoloji, fiziki-kimyəvi, biokimyəvi xüsusiyyətləri ilə bağlı tədqiqatları böyük əhəmiyyət kəsb edir.

Hər şeydən əvvəl, “Qalaaltı” suyunun tapılması, başqa sözlə “Qalaaltı” kurortunun yaradılması tarixinə nəzər salaq. Keçmiş S.M.Kirov adına Azərbaycan Elmi-Tədqiqat Kurortologiya və Fiziki Metodla Müalicə İnstitutunun (indiki Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibb Bərpa İnstitutu) geologiya və hidrokimya şöbəsinin əməkdaşları 1965-ci ildə Dəvəçi rayonu ərazisində kəşfiyyat işləri aparan zaman tərkibində minerallar və üzvü maddələr olan bu bulağı müəyyən etmişlər. Aparılan ilkin fiziki-kimyəvi tədqiqatlar göstərmişdir ki, suyun tərkibi “Naftusiya” suyuna oxşardır. Bundan sonra 1969-cu ilədək Dəvəçi və Quba rayonlarının müxtəlif su mənbələrində axtarışlara başlanılmışdır. Bu bulaqların arasında “Qalaaltı” suyunun perspektivi olduğu müəyyən edilmişdir. Tədqiqatlar suyun sutka ərzində debitinin 10 mindən 20 min litrədək olduğunu üzə çıxarmışdır. Nəticə olaraq 1969-cu ildə suyun müalicəvi xüsusiyyətlərinin öyrənilməsi üçün Azərbaycan SSR Səhiyyə Nazirliyinə verilən təklif qəbul edilmişdir. Məhz bundan sonra suyun klinik tədqiqatlarına başlanılmışdır. Bunun üçün Azərbaycan SSR Səhiyyə Nazirliyi kollegiyasının qərarı ilə “Siyəzənneft”in nəzdində 50 çarpayılıq sanatoriya, eyni zamanda, suyun fizioloji və müalicəvi xüsusiyyətlərinin daha dəqiq öyrənilməsi məqsədi ilə institutun alimlərindən ibarət ekspedisiya yaradılmışdır. Sanatoriyada ilk dəfə “Qalaaltı” suyu ilə 100 xəstənin müalicəsi aparılmışdır. Bütün nəticələr uğurlu alınmışdır. Sonrakı illərdə də, yəni 1974-cü ilədək institutun əməkdaşları tərəfindən dəfələrlə aparılmış klinik tədqiqatlar “Qalaaltı” suyunun bir çox xəstəliklərin müalicəsində əvəzsiz şəfa mənbəyi olduğunu təsdiq etmişdir.

Qeyd edək ki, beşillik tədqiqatlara tibb elmləri doktoru, professor A.Quliyev rəhbərlik etmişdir. Eyni zamanda, görkəmli elm xadimi, akademik M.Cavadzadə suyun böyrəyə müalicəvi təsiri ilə bağlı tədqiqatlarda məsləhətçi olmuşdur.

Hidrogeoloqların və hidrokimyaçıların çoxillik tədqiqatlarının nəticələrinə görə, “Qalaalti” suyunda üzvi maddələrin miqdarı litrdə 4 milliqramdan 10 milliqramadək dəyişir. Bu göstərici “Naftusiya “suyunda isə 5-10 mq/litr arasındadır.

Alimlər sübut etmişlər ki, mineral suların tərkibində üzvi maddələrin dəyişməsi yağıntı ilə bağlıdır. Yaz və payız fəsillərində yağıntı çox olduğundan üzvi maddələrin miqdarı azalır. Yayda isə yağıntı azaldığından suyun debiti və tərkibindəki üzvi maddələr çoxalır. Dünya alimlərinin tədqiqatlarına görə, mineral suların tərkibində üzvi maddələrin miqdarı 30-60 mq/litr arasında olanda insan səhhətində problemlər yaradır. Belə deyək ki, bu suların müalicəvi təsiri aşağı düşür. Bu baxımdan “Qalaaltı” suyunun olduqca faydalı olması göz qabağındadır.

Mineral suların əksəriyyətinin tərkibi əsasən neft mənşəli olur. “Qalaaltı” suyunda 4.7- 7, 9 mq/litr bitum və 0,3-0,7 mq/litr naften turşusunun olması onun neft mənşəli olmasını göstərir. Bundan başqa, “Qalaaltı” suyunun tərkibində uçucu fenollar, humin maddələri, yağ turşuları, qatran və s. vardır. “Qalaaltı” mineral suyu tərkibindəki maddələrə görə “Naftusiya” suyuna çox yaxın olsa da, bu sudan zərərli fenolların azlığı, faydalı bitum və nafte turşularının çoxluğu ilə fərqlənir. Belə ki, “Qalaaltı” suyunda bitum 2.3-3,9 mq/litr, nafte turşusu 0,7 mq/litr, fenollar 0, 1-0,48 mq/litr təşkil edır. “Naftusiya” suyunda isə bitum 0,5-0,8 mq/litr, nafte turşusu 0,06 mq/ekv/ litr, fenollar 1,3,-2,2 mq/litrdir. Bir çox dünya alimləri mineral suların tərkibindəki bitum və nafte turşularının çoxluğunun müalicəyə yaxşı təsir etdiyini təsdiq etmişlər. Bu mənada qeyd etmək olar ki, bitum və nafte turşuları ilə zəngin olan “Qalaaltı” suyu müalicə baxımından daha əhəmiyyətlidir. Mineral komponentlərə gəldikdə isə hər iki suyun tərkibindəki hidrokarbonat-kalsium-maqnezium xəstələrin müalicəsində müsbət effekt verir. “Qalaaltı” suyu insan orqanizminə müsbət təsir göstərən ionlarla da zəngindir və bu baxımdan da “Naftusiya” suyuna uyğun gəlir. “Qalaaltı” suyunda ionlar 6,8-7,0 faiz, “Naftusiya” suyunda isə 6,9-7,2 faizdir. Həll olunmuş kömür turşusu “Qalaaltı” suyunda orta hesabla 80-120 mq/litr, “Naftusiya” suyunda isə 50-60 mq/litrdir.

İstənilən kurortun müalicəvi təsiri onun iqlim şəraiti ilə ölçülür. “Qalaaltı” kurortunun iqlim şəraiti və təkrarsız təbiəti bu suyun faydalılığını daha da artırır. Bu kurort Böyük Qafqaz dağ silsiləsində, Şabran (keçmiş Dəvəçi) rayonunun 20 kilometrliyində, dəniz səviyyəsindən 600-700 metr yüksəklikdə yerləşir. Burada dağ və dəniz havası bir-birinə qarışır, rütubət yoxdur. Hər tərəfdən meşə ilə əhatə olunmuşdur. Truskavetsə nisbətən Qalaaltıda şaxtalı və küləkli günlər, eləcə də yağıntı 213 millimetr (mm), orta illik rütubət 6,7 faiz azdır. Bunlar onu deməyə əsas verir ki, xəstələrin müalicəsi üçün “Qalalati”nın iqlimi daha əlverişlidir. Onu da demək lazımdır ki, burada atmosfer təzyiqinin 700-710 mm arasında dəyişməsi, orta illik temperaturun 20, 6 dərəcə olması ürək-damar xəstələrinə də şəfa verir.

Eyni zamanda, 1971-1972-ci illərdə qablaşdırılmış “Qalaaltı” suyunun müalicəvi xüsusiyyətləri öyrənilmişdir. Bu işlə E.Kurmakaeva və A.Qasımova (1969), S.Paşayeva, A.H.Acalov (1970-1971), S.K.Paşayeva (1972) məşğul olmuşlar. Alimlər 400 xəstə üzərində apardıqları müalicədən sonra belə qənaətə gəlmişlər ki, “Qalaaltı” suyu həm də soyuqdəymə ilə bağlı xəstəliklərə müsbət təsir göstərir. Müəyyən edilmişdir ki, “Qalaaltı” suyu hidrokarbonat-kalsium, xlorid-sulfat-natrium mədən sularındandır və tərkibində çoxlu miqdarda hidrogensulfid vardır. Həmin su özünün tərkibindəki kimyəvi maddələrin köməyi ilə daşəridici xassə kəsb etmişdir, eyni zamanda, iltihab əleyhinə də təsir göstərir. Məhz bu təsir xassələrinə görə “Qalaaltı” mədən suyu öd kisəsində, öd yollarında, böyrək ləyənində, sidik kisəsində, sidik yollarında əmələ gələn daşların əridilməsində, eləcə də qaraciyərin, öd yollarının, böyrəklərin, sidik kisəsinin, sidik axarlarının, mədə-bağırsaqların iltihabı xəstəliklərinin müalicəsində olduqca yaxşı nəticə verir.

“Qalaaltı” suyunun sanitar-bakterioloji xüsusiyyətləri də araşdırılmışdır. 1969-1971-ci illərdə aparılmış tədqiqatlara görə, suyun bakterioloji göstəriciləri standartlara uyğun gəlmişdir. Araşdırmaya görə, bu göstəricilər yalnız yay aylarında dəyişmişdir ki, bu da əhalinin kurorta axını və bu səbəbdən ərazinin çirkləndirilməsi ilə bağlı olmuşdur. Bundan başqa, suyun qabda saxlanılma müddəti də alimlər tərəfindən öyrənilmişdir. Müəyyən edilmişdir ki, suyun qabda saxlanma müddəti uzandıqca mikroblar da çoxalır.

“Qalaltı” suyunun fiziki xassələri də diqqətdə olmuşdur. Məlumdur ki, su kəskin qoxusu və dadı ilə seçilir. Yerli əhali bu əlamətinə görə suya “naftsu”, yəni neftli su deyir. Suyun temperaturu fəsillərdən asılı olaraq 9-13 dərəcə arasında dəyişir.

Bütün bu tədqiqatların nəticəsi olaraq SSRİ Nazirlər Sovetinin yanında Faydalı Qazıntılar Ehtiyatı üzrə Dövlət Komissiyası Qalaaltıda 1974-cü ildə sanatoriya yaradılması barədə qərar vermişdir. Qərarda “Qalaalti” mineral suyunun “Naftusiya” suyu ilə eyniliyi, suyun sutkalıq ehtiyatlarının 15,4 kubmetr olduğu təsdiq edilmişdir.

Qeyd edək ki, Qalaltıda aparılan tədqiqatlar bununla məhdudlaşmamışdır. Hələ 1968-ci ildə mərhum akademik Mirəli Qaşqay, 1984-1986-cı illərdə Sabutay Hacıyev, o cümlədən məşhur geoloq Ələkbər Babayev, rusiyalı alim Y.Lavruvin də bu suyu tədqiq etmişlər. Bundan əlavə, 2009-cu ildə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun hidrogeologiya və mühəndisi geologiya şöbəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən “Qalaaltı” suyunun bioloji-kimyəvi xüsusiyyətləri tədqiq edilmişdir. Bütün tədqiqatların nəticələri əvvəlki illərdə aparılmış nəticələrlə üst-üstə düşmüşdür.

Ölkəmizdə kurortologiyanın inkişafı ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə başlanmışdır. Məhz Ümummilli Liderin iradəsi sayəsində Azərbaycanın dilbər guşəsi, hazırda ermənilərin işğalı altında olan Şuşa “Xüsusi əhəmiyyətli ümumittifaq müalicəvi kurort sanatoriyası” adını almışdır. Bundan əlavə, yenə də ulu öndər Heydər Əliyevin xidmətləri sayəsində Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun qərarı ilə Xəzər sahili (Astaradan Nabaranadək) kurort zonası elan edilmişdir.

Təəssüf ki, ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində Azərbaycanın siyasi, iqtisadi və sosial həyatında baş verən proseslər, xüsusilə Ermənistanın Azərbaycan Respublikasına təcavüzü kurort kompleksinə də təsirsiz ötüşməmişdir. Azərbaycanın 20 faiz işğal olunmuş ərazilərindəki nadir təbii xüsusiyyətlərə malik kurort yerləri dağıdılmış, daimi yaşayış yerlərindən didərgin düşmüş soydaşlarımız sovet dövründə inşa edilmiş sanatoriya-kurort müəssisələrindəki çarpayı fondunun təxminən 50 faizi nisbətində ölkənin digər ərazilərində yerləşən sanatoriya, pansionat və istirahət evlərində müvəqqəti məskunlaşdırılmışdır.

Söz yox ki, bütün bunlar vaxtilə insanların ümid yerinə çevrilmiş “Qalaaltı” kurortundan da yan keçməmişdir. Lakin bədbinliyə elə bir əsas yoxdur. Çünki Prezident İlham Əliyevin 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı” bu sahənin hərtərəfli inkişafı üçün geniş perspektivlər açır.

Prezident İlham Əliyev 2011-ci il avqustun 15-də Şabran Mərkəzi Rayon Xəstəxanasının açılışında demişdir: “Şabran Azərbaycanın qədim məkanlarından biridir. Burada olan tarixi abidələr, Şabran şəhərinin qalıqları, Çıraqqala, digər abidələr Azərbaycanın nə qədər zəngin mədəniyyətə malik olduğunu əyani şəkildə göstərir. Azərbaycan dövləti öz keçmişinə, öz tarixi-mədəni irsinə çox böyük diqqətlə yanaşır, bu abidələr qorunur və bu, bizim ümummilli sərvətimizdir. Bununla bərabər, rayonda turizmin inkişafı üçün əlavə tədbirlər görülməlidir. Mən bilirəm ki, vaxtilə Sovet İttifaqında məşhur olan Qalaaltı müalicəvi istirahət yeri də təmir edilməlidir, yenidən qurulmalıdır və burada turistlərin axını daha da güclü olacaqdır.”

Hazırda “Qalaaltı” sağlamlıq istirahət zonası yenidən qurulur. “Qalaaltı” sanatoriyasının ərazisi genişləndirilir, müasir standartlara cavab verən “Qalaaltı Hotel SPA”-nın tikintisi aparılır.

Elçin Hüseynov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır VİDEO

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır VİDEO

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir VİDEO

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir VİDEO

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb