QALİBLƏR MÜƏYYƏN EDİLMİŞLƏR
AZƏRTAC xəbər verir ki, Naxçıvan şəhər gənclər, idman və turizm idarəsi təhsil şöbəsi ilə birgə muxtar respublikanın ali, orta ixtisas və ümumtəhsil məktəbləri tələbə və şagirdləri arasında keçirdiyi plakat-rəsm müsabiqəsinə yekun vurmuşdur.
Müsabiqəyə plakat janrında 100-dən çox əsər təqdim olunmuşdu. Naxçıvan şəhərindəki 7 nömrəli orta məktəbin şagirdi Həcər Babayeva müsabiqənin qalibi hesab edilmişdir. 12, 8 və 16 nömrəli məktəblərin şagirdləri müsabiqədə fərqlənmişlər.
Qaliblər fəxri fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.