QALMAZ DƏRİN QAZMA EKSPEDİSİYASI BU İL DAHA DÖRD QUYU QAZIB TƏHVİL VERƏCƏKDİR
Qalmaz Dərin Qazma Ekspedisiyasının briqadaları iki neft quyusunu eyni vaxtda qazırlar.
Ekspedisiyadan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Bibiheybət və Əli Əmirov adına neft-qazçıxarma idarələrinin sifarişi ilə qazılan həmin quyuların ümumi dərinliyi 6 min metr olacaqdır. İndiyədək quyuların birində 1000 metr, o birində isə 350 metr qazma işi görülmüşdür və cədvəl üzrə bu, normal sürətdir.
İlin sonunadək hər iki quyu neftçilərin istifadəsinə veriləcəkdir. İlkin hesablamalara görə, quyuların gündəlik hasilatı 4-8 tondan artıq olacaqdır.
Qazmaçılar Əli Əmirov adına və Bibiheybət neft-qazçıxarma idarələrinin sifarişi ilə ümümi dərinliyi 6 min metr olan daha iki quyu qazıb təhvil verəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [18:56]
Azərbaycanın ticarət dövriyyəsinin həcmi açıqlanıb
- 10.08.2026 [18:43]
Yeddi ayda dövlət büdcəsinin gəlirləri 23,6 milyard manata çatıb
- 10.08.2026 [17:53]
Yeddi ayda sahibkarlara 1191 lisenziya verilib
- 10.08.2026 [17:45]
Azərbaycanda daha bir aqropark yaradılıb
- 10.08.2026 [17:30]
İqtisadiyyata kredit qoyuluşları 12 faizdən çox artıb
- 10.08.2026 [17:24]