“QAN VER VƏ HƏYAT BƏXŞ ET” ADLI XEYRİYYƏ AKSİYASI KEÇİRİLMİŞDİR
“İrəli” Gənclər hərəkatının həmtəsisçisi Fərhad Məmmədov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, bu qan talassemiyalı xəstələr üçün yığılır. Onun sözlərinə görə, qan vermək istəyənlər çox olsa da, donorların əvvəllər keçirdikləri xəstəliklə və ya qan təzyiqinin aşağı olması ilə əlaqədar onların bir çoxundan qan götürülməmişdir. Gün ərzində Qan Bankına təxminən 300 donor qan vermişdir.