COP29
Qana nümayəndəsi: Mədənçilik fəaliyyəti su obyektlərində ciddi çirklənməyə səbəb olur
Bakı, 22 noyabr, AZƏRTAC
Qana ekoloji problemlərdən əziyyət çəkən ölkələrdəndir. Xüsusilə mədənçilik fəaliyyəti su obyektlərində ciddi çirklənməyə səbəb olur.
Bu barədə AZƏRTAC-a açıqlamasında COP29-un iştirakçısı, "Abibimman" Fondunun nümayəndəsi Mariam Makeba Mamley Merni bildirib.
“Bizim əsas məqsədimiz su sistemimizi təmizləmək üçün tərəfdaşlar cəlb etməkdir. COP29-da iştirakımızın səbəblərindən biri elə budur”, – deyə Mariam Makeba qeyd edib.
O, COP29-un təşkilatçılığı ilə bağlı fikirlərini bölüşərək deyib: “Könüllülərin bizə xoş və səmimi münasibəti çox gözəldir. İlk dəfədir ki, Azərbaycandayam. Bura çox gözəl ölkədir”.