Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 714 santimetr təşkil edir
Bakı, 17 may, AZƏRTAC
Son günlərdə respublika ərazisində havanın yağıntılı keçməsi, bəzi yerlərdə intensiv yağış yağması çayların sululuğuna və səviyyəsinə təsir edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mayın 17-də Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı məntəqəsində suyun səviyyəsi 149 santimetr, su sərfi 5,25 kubmetr/saniyə, Qudyalçayın Qımıl məntəqəsində 54 santimetr, su sərfi 4,96 kubmetr/saniyə, Katexçayın Qəbizdərə məntəqəsində 133 santimetr, 12,7 kubmetr/saniyə, Əyriçayın Ağyazı məntəqəsində 178 santimetr, su sərfi 8,85 kubmetr/saniyə, Əlicançayın Bayan məntəqəsində 35 santimetr, su sərfi 0,32 kubmetr/saniyə, Qarasuçayın Zərdab məntəqəsində 214 santimetr, su sərfi 54,1 kubmetr/saniyə, Pirsaatçayın Poladlı məntəqəsində 41 santimetr, su sərfi 1,37 kubmetr/saniyə təşkil edir.
Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayın Ağbaşlar məntəqəsində 115 santimetr, su sərfi 10,3 kubmetr/saniyə, Kürəkçayın Toğana məntəqəsində 158 santimetr, su sərfi 3,04 kubmetr/saniyə, Gəncəçayın Zurnabad məntəqəsində 191 santimetr, su sərfi 10,9 kubmetr/saniyə və Lənkəran-Astara bölgəsindən axan Lənkərançayın Sifidor məntəqəsində suyun səviyyəsi 105 santimetr, su sərfi 6,40 kubmetr/saniyə, Viləşçayın Şıxlar məntəqəsində 68 santimetr, su sərfi 2,75 kubmetr/saniyə, Təngərüdçayın Vaqo məntəqəsində isə suyun səviyyəsi 57 santimetrə bərabərdir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 368 santimetr, su sərfi 465 kubmetr/saniyə təşkil edir. Bu da ongünlük normanın 62 faizinə bərabərdir.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 714 santimetr, su sərfi saniyədə 219 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 108 faizini təşkil edir.
Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 479 santimetr, su sərfi saniyədə 236 kubmetrdir. Bu da ongünlük normanın 28 faizinə bərabərdir. Çayın Şirvan məntəqəsində suyun səviyyəsi 195 santimetrdir.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlığına görə, mayın 17-si gündüzdən 18-i səhərədək bəzi rayonlarda müşahidə ediləcək yağıntılı hava şəraiti nəticəsində çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.