QANLI YANVAR QIRĞINI XALQIMIZIN AZADLIQ EŞQİNİ QIRA BİLMƏDİ
Astara rayon İcra Hakimiyyətində 20 Yanvar ümumxalq hüzn günü ilə əlaqədar toplantı keçirilmişdir. Mərd mübarizlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
AZƏRTAC-ın müxbiri məlumat verir ki, çıxış edənlər 14 il əvvəl sovet imperiyası tərəfindən Bakı şəhərinə yeridilən qoşun hissələrinin törətdiyi ağır cinayətlərdən ürəkağrısı ilə söhbət açmış, bu amansız təcavüzün Azərbaycan xalqının azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyini söyləmişlər. Toplantı ədəbi-bədii kompozisiya ilə başa çatmışdır.
Rayonun müəssisə və təşkilatlarında da xatirə gecələri, mərasimlər keçirilmişdir.