QANLI YANVARA HƏSR OLUNMUŞ YIĞINCAQ KEÇİRİLMİŞDİR
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.
Muzeyin direktoru Azadə Hüseynova, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva yığıncaqda çıxış etmişlər. Qeyd olunmuşdur ki, 1990-cı il yanvarın 20-də gecə imperiya ordusu tərəfindən gülləbaran edilmiş əliyalın həmvətənlərimizin əziz xatirəsi xalqımızın qan yaddaşında əbədi yaşayacaq, Azərbaycanın istiqlalı yolunda canlarından keçən azadlıq aşiqləri ürəklərimizdə əbədi məskən salacaqdır.
Muzeydən AZƏRTAC-a bildirmişlər ki, Sərhəd Qoşunları Baş İdarəsinin əsgər və zabitlərinin də iştirak etdikləri tədbirdə Bakının Səbail rayonunun 7, Nəsimi rayonunun 19 nömrəli məktəblərinin şagirdləri 20 Yanvar faciəsinə həsr olunmuş şerlər oxumuş, ədəbi-bədii kompozisiya göstərmişlər.
Axırda tədbir iştirakçıları rəssam Kamil Ramazanovun muzeydə açılmış “Qanlı Yanvar” adlı sərgisinə tamaşa etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:10]
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib
- 29.09.2026 [11:24]
Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb
- 29.09.2026 [11:20]
“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir
- 29.09.2026 [03:50]