QANUNSUZ MALLARI SƏRHƏDDƏN KEÇİRƏ BİLMƏDİ
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a məlumat vermişlər ki, ötən il ərzində qanunsuz yolla gömrük sərhədindən keçirilməsinə cəhd edilən və ya hüquqpozma predmeti olan 279,7 min qutu xaricdə istehsal olunmuş siqaret, 90,6 min butulkadan çox spirtli içki, 3,8 tondan çox spirt, habelə külçə və zinət əşyaları şəklində 16,4 kq qızıl, 1126,2 karatlıq brilyant daşlar, 239,7 min ABŞ dolları, 250 min avro tutulmuşdur.
Bundan əlavə, 519 ədəd mədəni sərvət sayılan xalça, ikona, kitab və s, 60,6 ton mis, 26,7 ton alüminium, 1 tondan çox latun, 208 kq balıq kürüsü, 9 tondan çox balıq, 45,3 ton neft məhsulu, 245 ədəd “Zenit” markalı fotoaparat, xeyli miqdarda hərbi sursat, külli miqdarda dərman preparatları və digər mallar barəsində də müvafiq tədbirlər görülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]