Qanunsuz ov edənlər cəzalandırılıblar
Bakı, 8 aprel, AZƏRTAC
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı, Sumqayıt şəhərləri, Xızı, Siyəzən rayonları akvatoriyasında və Mingəçevir su anbarında qanunsuz balıq ovlayanlar saxlanılıblar.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Bakı şəhər sakini Cavid Məmmədov, Neftçala rayon sakini Ramin İmanov, Xızı rayon sakini Ramil Quliyev, Balakən rayon sakini Tacəddin Şəkiliyev, Yevlax rayon sakini Zahir İdrisov, Siyəzən rayon sakinləri Bəxtiyar Eyvazov, Vasif Nəhirmanov və Rahib Dəmirov olduğu müəyyənləşdirilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.