Qanunsuz ov halları ilə mübarizə davam etdirilir
Bakı, 31 mart (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları Şamaxı rayonunun Küdrü adlanan sahəsində qanunsuz ovla məşğul olan Bakı şəhər sakini Elxan Əliyevi və ərəb mənşəli 3 şəxsi saxlamışlar. E.Əliyevin avtomobilindən ov tüfəngi aktlaşdırılaraq götürülmüş, özü isə 1000 manat cərimə edilmişdir.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, keçirilən reydlər zamanı Samux Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ov edən Samux rayonunun Qədili kənd sakini Razin Daşdəmirov saxlanılmışdır. Nazirliyin əməkdaşları brakonyerin ov tüfəngini müsadirə etmiş və 1000 manat məbləğində cərimə tətbiq olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]