QANUNSUZ QUM DAŞIYAN ŞƏXSLƏR CƏRİMƏLƏNMİŞDİR
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4-cü ərazi departamentinin əməkdaşları Abşeron rayonu Saray qəsəbəsi ərazisindən “ZİL” markalı avtomobillərdə 2 min 400 kubmetr qanunsuz qum çıxarılması faktını aşkar etmişlər. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 66 milyon manat məbləğində iddia qaldırılmış, müvafiq sənədlər Abşeron rayon məhkəməsinə göndərilmişdir. İstehsalat meydanında torpağın təkindən istifadə qaydalarını pozduqlarına görə 4 fiziki şəxşin (yük maşınlarının sürücüləri) hər biri 110 min manat məbləğində inzibati qaydada cərimələnmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]