QANUNSUZ TİKİLİLƏRƏ QARŞI MÜBARİZƏ GÜCLƏNDİRİLİR
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov AZƏRTAC-a demişdir ki, ölkəmizin paytaxtı Bakıda qanunsuz tikililərlə bağlı araşdırmalar müvafiq qurumlar tərəfindən aparılır. Əgər bu araşdırma zamanı hər hansı bir qanunsuzluq ortaya çıxsa və təsdiq olunsa, onda Prokurorluq və daxili işlər orqanları bu məsələyə baxacaqdır.
Ümumiyyətlə, Bakı Şəhəri İcra Hakimiyyətinin rəhbərliyi, eyni zamanda yerlərdə rayon icra hakimiyyətləri daxili işlər orqanları ilə birgə qanunsuz tikililərin qarşısının alınması, aşkarlanması üçün vaxtında tədbir görməlidir. Hazırda bununla bağlı işlər aparılır və bu sahəyə nəzarət gücləndiriləcəkdir.