Qapıya doğru ən çox zərbə vuranlar: “Sabah”ın hücumçusu hamını qabaqlayıb
Bakı, 1 iyul, AZƏRTAC
Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümündə qapıya doğru ən çox zərbə vuran futbolçuların adları müəyyənləşib.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, siyahıya "Sabah"ın hücumçusu Coy Lens Mikels başçılıq edir. Almaniyalı oyunçu mövsüm ərzində rəqib qapılarına 75 zərbə endirib və orta göstəricisi hər oyuna 3,59 olub.
İkinci pillədə "Şamaxı"nın futbolçusu Kərim Rossi qərarlaşıb. O da 75 zərbə ilə eyni göstəriciyə malik olsa da, hər oyuna düşən orta zərbə sayı 2,46 təşkil edib.
İlk “üçlüy”ü "Qarabağ"ın hücumçusu Kamilo Duran tamamlayıb. Kolumbiyalı forvard mövsüm ərzində 73 dəfə qapıya zərbə vurub və orta göstəricisi 3,13 olub.
Siyahının növbəti pillələrində "Qəbələ"nin futbolçusu Adriel Ba Lua (68 zərbə, orta hesabla 2,56) və "Sabah"ın yarımmüdafiəçisi Velko Simiç (61 zərbə, orta hesabla 2,16) yer alıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:54]
Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir
- 30.09.2026 [15:38]
Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb
- 30.09.2026 [14:59]
“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]