Qara delfinlər özlərini Kanada sahillərinə atıblar
Bakı, 6 avqust, AZƏRTAC
Kanadanın şərq sahillərində özünü quruya atan 16 qara delfindən 6-sı həlak olub.
AZƏRTAC ecoportal.ru saytına istinadla xəbər verir ki, heyvanlara yardım edən 25-ə yaxın yerli sakin onların üzərinə vedrələrlə su töküblər. Delfinlərdən 10-unu xilas etmək mümkün olub. Okean qabarması zamanı isə onlar suya buraxılıb. Sakinlərin sözlərinə görə, heyvanlar ölkənin balıqçılıq nazirliyinin mütəxəssisləri gələnədək xilas edilib.
Bu məməlilərin uzunluğu 3,6 metrdən 8,5 metrədək olur. Çəkiləri isə orta hesabla 800 kiloqram təşkil edir, amma 3 tona qədər olanları da var. Çənələrinin altında ağ ləkələr istisna olmaqla, tam qara rəngdə olduqları üçün onları qara delfinlər adlandırırlar. Qara delfinlər Atlantik, Sakit və Hind okeanlarının sularında yaşayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]