“QARABAĞ” AVROPA LİQASI TURNİRİNİN PLEY-OFF MƏRHƏLƏSİNƏ VƏSİQƏ QAZANDI
Bakı, 6 avqust (AZƏRTAC). Avqustun 6-da Azərbaycanın “Qarabağ” futbol komandası Avropa Liqası turnirinin üçüncü təsnifat mərhələsində Bakıda Finlandiyanın “Honka” komandası üzərində 2:1 hesabı ilə qələbə qazanmışdır.
Ağdam futbolçuları artıq görüşün 30-cu dəqiqəsində Elvin Məmmədovun qolu sayəsində hesabı açdılar. Lakin iki dəqiqə sonra qonaqlar hesabı bərabərləşdirməyə müvəffəq oldular.
İkinci hissədə Azərbaycan komandası daha inamla mübarizə aparmışdır. “Qarabağ” futbolçularının kəsərli hücumları 79-cu dəqiqədə öz bəhrəsini verdi. Rəşad Sadıqov qüvvətli zərbə ilə qələbə topunu vurdu.
Xatırladaq ki, bu komandalar arasında ilk oyunda “Qarabağ” səfərdə 1:0 hesabı ilə qalib gəlmişdi.
Bu qələbə sayəsində “Qarabağ” Avropa Liqası turnirinin pley-off mərhələsinə vəsiqə qazandı.
Bu mərhələdə Azərbaycan komandasının rəqibi avqustun 7-də məlum olacaqdır.
######
![]() |
![]() |
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]



