SİYASƏT
Qarabağ həqiqətləri Gürcüstan ictimaiyyətinin diqqətinə çatdırılıb
![Qarabağ həqiqətləri Gürcüstan ictimaiyyətinin diqqətinə çatdırılıb](/files/2016/1/1200x630/14603716461609623019_1200x630.jpg)
Tbilisi, 11 aprel, AZƏRTAC
Gürcüstanın aparıcı “Ipress.ge” portalı Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseynin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin baş vermə səbəbləri, son günlər ermənilərin atəşkəsi pozması səbəbindən qoşunların təmas xəttində yaranmış gərginliklə bağlı müsahibəsini yayıb.
Diplomat Azərbaycan dövlətinin xarici siyasətinin prioritetləri, münaqişənin həllinə dair mövqeyi, atəşkəsə əməl edilməsi və münaqişənin sülh yolu ilə həllinə nail olunması istiqamətində atdığı addımlardan danışıb. O, beynəlxalq ictimaiyyətin münaqişə ilə bağlı mövqeyini bir daha gürcü ictimaiyyətinin diqqətinə çatdırıb.
Səfir regionda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində Azərbaycan dövlətinin atdığı addımları qeyd edib. O, Azərbaycanın qonşu ölkələrlə dostluq, mehribanlıq şəraitində yaşamaq istədiyini, bununla belə torpaqlarının işğalı ilə razılaşmayacağını vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi