Qarabağ Universitetinin rektoru yüksək bal toplayan abituriyentlər ilə görüşüb
Bakı, 24 iyul, AZƏRTAC
Qarabağ Universitetinin böyük maraqla qarşılanan təbliğat görüşləri davam edir.
Universitetdən AZƏRTAC-a bildirilib ki, rektor Şahin Bayramov Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin yüksək bal toplayan abituriyentləri ilə görüşüb.
Şahin Bayramov Şəki, Zaqatala, Balakən, Oğuz, Qax, Qəbələ rayonlarında baş tutan görüşlərdə məzunlara universitetin təhsil planlarından bəhs edib, onların oxumaq istədikləri ixtisaslara dair sualları ətraflı cavablandırıb.