“Qarabağ”ın Antalyadakı üç rəqibi müəyyənləşib
Bakı, 22 dekabr, AZƏRTAC
Ağdamın “Qarabağ” futbol klubunun qış hazırlıq planı dəqiqləşib.
AZƏRTAC kluba istinadla xəbər verir ki, Ağdam təmsilçisi yanvarın 9-da bir araya gələrək Türkiyəyə yollanacaq. Antalyada keçiriləcək təlim-məşq toplanışı fevralın 4-dək davam edəcək. Komandamız toplanış zamanı 6 yoxlama oyunu keçirməyi planlaşdırır.
“Qarabağ”ın artıq 3 rəqibi və bu oyunların keçiriləcəyi vaxt məlum olub. Komandamız yanvarın 20-də Polşanın “Lexiya”, beş gün sonra Ukraynanın “Mariopol” və fevralın 3-də isə Monteneqronun “Mladost” komandası ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib
- 29.09.2026 [12:56]
NTD üç yerli basketbolçu transfer edib
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]