“Qarabağ”ın futbolçusu Reynaldo yubiley qolun müəllifi olub
Bakı, 9 dekabr, AZƏRTAC
“Qarabağ” klubunun futbolçusu Reynaldo da Silvanın UEFA Avropa Liqasının qrup mərhələsinin son turunun “Fiorentina” ilə matçında vurduğu qol yubiley xarakterli olub.
AZƏRTAC xəbər verir ki, braziliyalı hücumçunun qolu Azərbaycan klublarının avrokuboklardakı 25-ci qolu kimi tarixə düşüb. Yalnız Avropa Liqasının qrup mərhələsində 6 dəfə oynayan komandalarımız 35 oyunda bu nəticəyə nail olublar.
Belə ki, “Neftçi” 2012/2013-cü il mövsümündə 4, “Qarabağ” 2014/2015-ci il mövsümündə 3, 2015/2016-cı il mövsümündə 4, 2016/2017-ci il mövsümündə 7, “Qəbələ” ötən mövsümdə 2, cari mövsümdə isə 5 dəfə rəqibləri mərkəzə dəvət edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]