“Qarabağ”ın U-16 komandası İtaliyada keçiriləcək turnirdə iştirak edəcək
Bakı, 5 sentyabr, AZƏRTAC
“Qarabağ”ın 16 yaşadək futbolçulardan ibarət komandası İtaliyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, Neapol şəhərində təşkil olunacaq “Blue Devils Cup” yarışında 24 komanda mübarizə aparacaq. İştirakçılar arasında “Yuventus”, “Napoli”, “Roma”, “Fiorentina” (hamısı İtaliya), “Dinamo” (Zaqreb) kimi komandalar da var.
C qrupunda yer alan Ağdam təmsilçisi sentyabrın 6-da “Tor Tre Teste”, ardınca “Benevento” ilə görüşəcək. Ertəsi gün rəqib “Sanseverines” olacaq.
Qrup qalibləri və ikinci yer sahiblərindən ən yaxşı nəticəyə malik iki komanda 1/4 finala yüksələcək. Digər iştirakçılar isə aşağı pillələr uğrunda mübarizəni davam etdirəcək.
Turnirə sentyabrın 8-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]