“Qarabağ”ın UEFA Konfrans Liqasında mümkün rəqibi müəyyənləşir
Bakı, 3 avqust, AZƏRTAC
Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkü atılacaq.
AZƏRTAC xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Tədbirdə Azərbaycan təmsilçisi “Qarabağ”ın da potensial rəqibi bəlli olacaq.
Ağdam təmsilçisi III təsnifat mərhələsində Ukraynanın “Dinamo” (Kiyev) klubunu mübarizədən kənarlaşdırsa, pley-offda aşağıdakı komandalardan biri ilə qarşılaşacaq:
“Xetafe” (İspaniya)
“Tvente” (Niderland) – “Dunayska Streda” (Slovakiya) cütünün qalibi
“Beytar” (İsrail) – “Austriya” (Vyana, Avstriya) cütünün qalibi
“Makkabi” (Təl-Əviv, İsrail) – ÇSKA (Sofiya, Bolqarıstan) cütünün məğlubu
Qeyd edək ki, “Qarabağ” “Dinamo” ilə ilk matçını avqustun 6-da Polşanın Lublin şəhərində, cavab görüşünü isə avqustun 13-də Bakıda keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib
- 29.09.2026 [12:56]
NTD üç yerli basketbolçu transfer edib
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]