QARADAĞ NEFTÇİLƏRİ ÜÇÜN OLİMPİYA İDMAN-TƏLİM BAZASI TİKİLMİŞDİR
Qaradağ rayonunun Lökbatan qəsəbəsində Əli Əmirov adına Neft və Qaz Çıxarma İdarəsinin təsərrüfat balansında olan stadionun ərazisində Olimpiya idman-təlim bazasının tikintisi başa çatdırılmışdır.
İdarədən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı İlham Əliyevin yaxından köməyi və qayğısı ilə bu müasir kompleks həm də idman-sağlamlıq mərkəzi kimi təkcə Qaradağ neftçilərinə deyil, rayonun bütün idmansevərlərinə böyük hədiyyədir.
Müasir idman avadanlığı ilə təchiz olunmuş Olimpiya idman-təlim bazasında voleybol, həndbol, basketbol, yüngül atletika, ağırlıqqaldırma, qılıncoynatma, boks, şahmat və sair idman növləri ilə məşğul olmaq üçün hər cür şərait vardır. Burada təxminən 2000 oturacaqlı stadion da futbolçuların və azarkeşlərin ixtiyarına veriləcəkdir. Yarışlara hazırlaşan idmançılar üçün nəzərdə tutulan müasir mehmanxana və yeməkxana da kompleksə daxildir.
Yaxın vaxtlarda kompleksin təntənəli açılışı olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]