Qaradağda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb
Bakı, 21 fevral, AZƏRTAC
Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Salyan rayon sakini B.Bayramov idarə etdiyi “Ford Transit” markalı avtomobili Ələt qəsəbəsi ərazisində Bərdə rayon sakini Zaman Abdullayevin idarə etdiyi “KİA” markalı avtomobilə vurub. Bundan sonra “KİA” markalı nəqliyyat vasitəsi yolun kənarındakı reklam lövhəsinə çırpılıb. Nəticədə Z.Abdullayev və sərnişini Seyfəddin Abbasov hadisə yerində ölüblər.
Qəzadan sonra B.Bayramov hadisə yerini tərk edib. O, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]